“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər | 1news.az | Xəbərlər
FORMULA 1

“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

16:30 - 27 / 04 / 2020
“Formula-1” mövsümü Avstriyada açmağa hədəflənib. Azərbaycan qran-prisi sentyabr və ya oktyabrda keçirilə bilər

Fransa Qran-prisi 2020-ci ildə baş tutmayacaq.

1news.az -ın məlumatına görə, belə bir qərar yarış təşkilatçıları tərəfindən koronavirus pandemiyasının fəsadları səbəbindən qəbul edilib.

Fransa Qran-prisinin əvvəlcədən planlaşdırılan vaxtda baş tutmayacağı çoxdan bəlli idi. Yarışın iyunun 28-də keçirilməsi nəzərdə tutulmuşdu, ancaq hakimiyyətin kütləvi tədbirləri qadağan etməsi ilə əlaqədar olaraq Qran-prinin ən azı təxirə salınacağı bəlli idi. İndi isə təşkilatçılar yarışı tamamilə ləğv etmək qərarına gəldilər. Fransa Qran-prisi Avstraliya və Monakodan sonra ləğv edilən üçüncü yarış idi. Digər 7 mərhələ təxirə salınıb.

Beləliklə, ləğv edilməyən və ya yenidən planlaşdırılmamış cari təqvimdə ilk mərhələ 5 iyul tarixində keçiriləcək Avstriya Qran-prisidir. Bu gün “Formula-1”in icraçı direktoru Çeyz Keri açıqlama verərək 2020-ci ilə olan planlardan danışıb və mövsümü iyul ayında Avstriyada açmağı hədəflədiklərini bildirib.

“Səhər iyun ayının sonuna planlaşdırılan Fransa Qran-prisinin baş tutmayacağı elan edilsə də, indi bu yay mövsümü başlamaq planlarımızın həyata keçirilməsində əvvəlkindən daha çox inamlıyıq.

İyul, avqust və sentyabrın əvvəllərində Avropa mərhələlərini keçirməyi planlaşdırırıq. Sentyabr, oktyabr və noyabrda Avrasiya, Asiya və Amerikada yarışacağıq və mövsümü dekabrda Bəhreyndə və Abu Dabidə başa vuracağıq, ümumilikdə 15-18 mərhələ ocaq.

Ən qısa müddətdə son təqvimi dərc edəcəyik. İlk yarışın azarkeşsiz keçiriləcəyini gözləyirik, amma mövsüm davam etdikcə onların tədbirlərdə iştirak edə biləcəyinə ümid edirik.

Bir çox məsələlər həll olunmalı, komandalar və digər tərəfdaşlarımız bu ölkələrə gələ və orada işləyə biləcəkləri prosedurları təyin etməlidirlər. İştirakçıların sağlamlığı və təhlükəsizliyi prioritet olaraq qalır. Bu prosedurların risk və mümkün problemlərdən qaçacağımıza imkan verdiyinə tam əmin olandan sonra irəli doğru gedəcəyik.

FIA, komandalar, promouterlər və digər əsas tərəfdaşlar bütün bu müddət ərzində bizimlə işlədilər. İnanılmaz dərəcədə çətin bir dövrdə onlara göstərdikləri dəstək və səylərinə görə təşəkkür etmək istəyirik”- deyə, bəyanatda qeyd olunur.

Qeyd edək ki, 5-7 iyun tarixlərində keçirilməli olank Azərbaycan Qran-prisi qeyri-müəyyən müddətə təxirə salınıb. “Formula 1”in cari mövsüm üçün planlarına əsasən, Bakı yarışı sentyabr və ya oktyabr aylarında keçirilə bilər.

Lakin aprelin 24-də Baku City Circuit əməliyyat şirkəti Azərbaycanın yarışı tamaşaçısız keçirmək niyyətində olmadığını açıqladı. Bunu nəzərə alsaq 2020-ci ildə Bakıda Formula-1 yarışının olmayacağını düşünmək üçün bütün əsasların olduğunu deyə bilərik.

Teymur Maksutov

Paylaş:
4703

Son xəbərlər

Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - YENİLƏNİBBu gün, 13:35Jerar Depardye Parisdə saxlanılıbBu gün, 13:21Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57
Bütün xəbərlər