Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq

S.Xankişiyeva15:28 - 04 / 06 / 2022
Ərdoğan: Can Azərbaycanda gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq

Can Azərbaycanda TEKNOFEST düşüncəli gənclərimizin “iki dövlət, bir millət, bir festival!” anlayışı ilə necə qucaqlaşdıqlarının birlikdə şahidi olduq. Azərbaycanlı qardaşlarımızın 28 May-Müstəqillik Gününü bütün mənalarda gözqamaşdırıcı bir texnoloji mərasimlə şərəfləndirdik.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Ankaranın Kızılcahamam rayonunda keçirilən 30-cu müşavirə və dəyərləndirmə toplantısındakı çıxışında ifadə edib.

Prezident İlham Əliyev ilə birlikdə Rize-Artvin Hava Limanını açdıqlarını xatırladan dövlət başçısı Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə Türkiyədə nəqliyyat və infrastrukturun genişlənməsi, terrorla qətiyyətli mücadilə, iqtisadi inkişaf, ixracatın artırılması, xalqın rifahının yüksəlişi istiqamətindən həyata keçirilən siyasətin nəticələrindən danışıb.

Türkiyənin dövlət sərhədi boyunca Suriya ərazisində təhlükəsizlik dəhlizinin qətiyyətlə qurulduğunu bildirən Prezidenti Rəcəb Tayyib Ərdoğan gündəlikdə duran digər məsələlərə də münasibət bildirərək, İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair Türkiyənin dəyişməz mövqeyini təkrarlayaraq deyib ki, NATO terrorçuların təhlükəsizliyini təmin edəcək təşkilat deyil.

Paylaş:
503

Son xəbərlər

DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 11:58Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21
Bütün xəbərlər