Dayanıqlı sülhə doğru növbəti addım - 18-ci məqsəd reallaşır! | 1news.az | Xəbərlər
Köşə

Dayanıqlı sülhə doğru növbəti addım - 18-ci məqsəd reallaşır!

10:10 - 06 / 07 / 2023
Dayanıqlı sülhə doğru növbəti addım - 18-ci məqsəd reallaşır!

Bu gün münaqişələrdən əziyyət çəkən dövlətlərin dünya nizamının yenidən qurulmasında səyləri, dördüncü sənaye inqilabının çağırışlarının yeni düzəndə əks olunması istiqamətində nəzərəçarpan geosiyasi mübarizə ölkələri xarici siyasətlərində daha həssas olmağa sövq edir.

Azərbaycan İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində tarixi ədaləti bərpa etməklə 2020-ci ildə 30 il işğal altında saxlanılan torpaqlarını azad edərək güc mərkəzləri tərəfindən ədalətsiz münasibətə son qoydu, dövlət maraqlarını təmin etdi, eyni zamanda qeyri-qanuni fəaliyyət göstərən silahlı qruplaşmaları məhv edərək ərazi bütövlüyü və suverenliyini bərpa etdi.

Şübhəsiz ki, Azərbaycanın hərbi uğuru və nümayiş etdirdiyi potensialına beynəlxalq müstəvidə sevinən dost dövlətlərlə yanaşı, son zamanlarda bu uğurlara maneə olmağa çalışan ölkələr da açıq-aydın özlərini göstərməyə başlayıblar. Bu gün müxtəlif vaxtlarda Azərbaycanla qarşılıqlı hörmətə əsaslanmış və gələcəyə yönəlmiş inkişaf strategiyaları olan Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına əngəl törədir və bu, Fransa iqtidarına rəhbərlik edən hökumət rəsmilərinin münasibətində də açıq-aydın görünməkdədir.

Ümumiyyətlə Fransa-Azərbaycan münasibətləri son 30 ildə prinsip etibarı ilə ancaq və yalnız inkişafa doğru köklənmişdir. Bu münasibətlərdə Azərbaycan hər zaman Fransanı Avropanın mədəni paytaxtı olaraq bir sıra məsələlərdə, yaradılan mexanizmlərdə daha çox dəstəkləməyə çalışıb. Baxmayaraq ki, Azərbaycan post müharibə dövründə Sülh Sazişinin imzalanması üçün Fransanın iştirakına, onun öz sülhməramlı missiyasını yerinə yetirməyə imkan yaratdı, biz nəticədə Fransa prezidentinin həmin əldə olunmuş fürsətdən istifadə etmək əvəzinə Azərbaycanı qaralamaqla məşğul olduğunun şahidi oluruq.

Azərbaycan bu günki dünya reallıqlarını çox yaxşı görür və nəinki Avropada, Asiyada, Şimali və Cənubi Amerikada, hətta bütün dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mövcud resurslardan maksimum dərəcədə istifadə edir.

Ölkənin zəngin enerji resurslarının ehtiyacı olan Avropa ölkələrinə nəql edilməsi, müsəlman ölkələri ilə ictimai-mədəni əlaqələrin daha da dərinləşdirilməsi, yoxsul, xüsusilə Afrika ölkələrinə humanitar yardımların göstərilməsi, dünya ticari əlaqələrinin möhkəmlənməsində şərqdən qərbə, şimaldan cənuba logistik potensialın genişləndirilməsi Prezident İlham Əliyevin çoxvektorlu və tarazlı xarici siyasətini ehtiva edir.

Bu baxımdan artıq son illər kifayət qədər təşkilatlanmış və nüfuzlanan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər İclasının Bakı şəhərində keçirilməsi, bu platformanın daha da aktivləşməsi Prezident İlham Əliyevin və rəsmi Bakının sülhə doğru atdığı növbəti vacib addımlardan biridir. Cənab Prezidentin həmin toplantıda çıxışı zamanı qeyd etdiyi məqamlar, xüsusilə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən həyata keçirilən “2030 Gündəliyi”nin genişləndirilməsi istiqamətində fikirləri mövcud dünya siyasətinin yenidən formalaşan arxitekturasının möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxış nitqində təcrübədə rastlaşdığı vacib, aktual məsələyə bir daha toxundu. Bildiyimiz kimi, ərazilərimiz Ermənistanda istehsal olunan və qeyri-qanuni erməni silahlı dəstələri vasitəsilə daşınan minalarla çirkləndirilməkdədir. Bu hallar həmçinin Azərbaycan misalında digər münaqişə və post-münaqişə zonalarında da yaşanmaqdadır. Heç kəsə sirr deyil ki, bu gün dünyamızda müharibələrdən əziyyət çəkən xalqlar, millətlər, eyni zamanda mina terrorunun da qurbanı olurlar.

Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.”

Azərbaycan Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə yeni 18-ci maddənin əlavə olunması təklifi, bilavasitə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və fəaliyyət prinsiplərinə əsasən günahsız, sivil insanların minaya düşərək həlak olmasının qarşısının alınması, onların yaşamaq hüququnun təmin olunmasına hesablanmışdır.

Beləliklə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasından dünyaya səslənməsi bir daha ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövlətinin bu günə qədər sülhə doğru atdığı addımlar və səsləndirdiyi fikirlərinin bariz göstəricisidir.

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə yenidən ortaya əsaslandırılmış yanaşma qoyaraq özünün mövcud qlobal problemlərin həlli istiqamətində rolunu və potensialını nümayiş etdirir. Bundan öncə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk görüşü, daha sonra Gənclər Şəbəkəsinin baş tutan tədbirləri və bu gün də Nazirlər İclasınını keçirilməsi deməyə əsas verir ki, bu təşkilatın institusional mərkəzinin təsis olunması da yaxın gələcəkdə reallaşa bilər.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
5353

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər