Bolt sürücüsü olmaq: pul qazanmağın rahat yolu | 1news.az | Xəbərlər
Müsahibə

Bolt sürücüsü olmaq: pul qazanmağın rahat yolu

12:59 - 09 / 10 / 2023
Bolt sürücüsü olmaq: pul qazanmağın rahat yolu

Getdikcə daha çox qadın taksidə işləməyə başlayır və kişilərdən heç də pis gəlir əldə etmir.

Maraqlıdır, bu tendensiya niyə belə populyarlıq qazanır? Aygün Quliyeva Bolt-dakı sürücülük təcrübəsini bizimlə bölüşdü.

Şəxsi təcrübə. Aygün Quliyeva niyə və nə vaxt sürücü kimi işləməyə başlayıb?

Neçə vaxtdır sürücü işləyirsiniz?

Fevral ayında Bolt-da sürücü kimi işləməyə başladım və o vaxtdan 8 ay keçib. Cəmi bir neçə həftə işlədikdən sonra dərhal düşündüm ki, bu iş mənim üçündür. Bütün 8 ay ərzində yeni insanlarla ünsiyyət, rahat qrafik və qazandığım əlavə gəlir doğru qərar vediyimi sübut etdi.

● Niyə taksi sürücüsü olmağı seçdiniz?

Bolt sürücüsü kimi işləməyi seçməyimin əsas səbəblərindən biri rahat iş qrafiki idi. Bu, mənə işləmək üçün öz vaxtımı seçməyə imkan verən əlavə pul qazanmağın ideal yoludur. Səhər, günorta və ya axşam işləyə bilərəm, bu da iş qrafikimi çox asan edir.

Sürücü kimi işinizə başqalarının münasibəti necədir?

Hər dəfə avtomobil sürəndə başqalarının marağını və müsbət münasibətini hiss edirəm. Sərnişinlər qadının avtomobil sürdüyünə sevinir və tez-tez heyranlıq, təəccüb və dəstək ifadə edirlər. İnsanlar tez-tez gediş sifariş edəndə məni necə sürücü olaraq seçə biləcəklərini soruşurlar. Gözəl və gülməlidir. Görünür, bu xidmət sektorunda qadınların olması maraq doğurur.

Bolt ilə əməkdaşlıq. Niyə Bolt?

● Bolt ilə əməkdaşlığa niyə dəyər, onun sürücülər üçün üstünlükləri, bonusları nələrdir?

Bolt sürücülər üçün bir çox üstünlüklər təmin edir. Əvvəla, bunlar sürücülər üçün sərfəli gediş tarifləridir. Şirkət həmçinin evə gedərkən yolüstü sərnişin götürməyə imkanı verir ki, bu da əlavə gəlir mənbəyi ola bilər. Xüsusilə sevindirici hal odur ki, şirkət sərnişinlərə təklif edilən endirim məbləğini nə sürücüyə, nə də sərnişinə heç bir narahatlıq və əlavə xərc yaratmadan özü ödəyir.

● Sürücü tətbiqinin necə işlədiyini sadə sözlərlə qısaca izah edə bilərsinizmi? Onu istifadə etmək nə dərəcədə rahatdır?

Bolt sürücü tətbiqi çox rahat və istifadəçi yönümlüdür. Sadəcə tətbiqə daxil olun və sifariş qəbul etməyə hazır olun. Bütün lazımi təlimatlar və məlumatlar mövcuddur ki, bu da tətbiqdən istifadəni asan və rahat edir. Artıq işləmək istəmirsinizsə, sadəcə tətbiqi bağlayın və evə qayıdın və ya digər işlərinizlə məşğul olun. Hər şey çox sadə və rahatdır.

Sərnişinlərlə ünsiyyət və işdə gülməli anlar.

● İlk söhbətə sərnişinlər başlayır?

Sərnişinlər tez-tez qadın sürücü görəndə təəccüblənir və dialoqa başlayırlar. Bu, səfər zamanı yaxşı əhval-ruhiyyə və müsbət ünsiyyət yaradır. Bir çox insan mənim iş təcrübəmə dəstək və maraq ifadə edib. Həmişə maraqlı söhbəti dəstəkləməkdən məmnunam. Xoşbəxtlikdən sərnişinlərlə heç bir neqativ hadisəm olmayıb.

● İş təcrübənizdə uzun müddət xatırladığınız maraqlı, gülməli hadisələr olubmu?

Bolt sürücüsü işləyərkən tez-tez maraqlı və gülməli hadisələr olur. Günlərin bir günü bir xanım uzun yoldan sonra məni öz evinə dəvət etdi ki, mənə çay və yemək təklif etsin. Bu, çox xoş idi və həqiqətən çox qeyri-adi idi. Mən adətən belə dəvətləri qəbul etmirəm, amma nədənsə o vaxt qəbul etdim. İndi mənim daha bir yaxşı dostum var. Belə anlar uzun müddət mütləq xatırlanır və işimin orijinallığından danışır.

Sürücü işi: sadəcə ağır işdir, yoxsa daha çox zövq bəxş edir?

Bəzi insanlar sürücü olmağın ağır iş olduğunu düşünür. Bu, həqiqətən belədir? İşdən sonra necə dincəlirsiniz?

Sürücü kimi işləmək gərgin ola bilər, amma bir o qədər də əyləncəlidir. Üstəlik, Bolt ilə siz iş qrafikinizi özünüz seçirsiniz.

Əgər bu sizin üçün əlavə gəlir əldəetmə yoludursa, gündə cəmi bir neçə saat sifarişlər qəbul edə bilərsiniz. Mənim üçün yeganə çətinlik avtomobildə bir neçə saat oturmaqdır, amma həmişə gəzmək və dincəlmək üçün fasilələr verməyə çalışıram. Bu, işləyərkən diqqətli olmağa kömək edir. Bundan əlavə, fasilələr qazanclara təsir göstərmir. Bolt tətbiqi Azərbaycanda məşhurdur, ona görə də günün istənilən vaxtı kifayət qədər sayda sifariş qəbul edə bilərsiniz.

● İşinizin hansı məqamlarından daha çox zövq alırsınız?

Sərnişinlərlə ünsiyyətdən, onların mehribanlığından, müsbət rəylərdən və işimə verilən qiymətdən böyük zövq alıram. Mən öz avtomobilimi çox sevirəm, ona görə də avtomobilin təmizliyinə diqqət yetirirəm. Bundan əlavə, bütün sərnişinlərimi ilk növbədə qonaq, sonra isə müştəri kimi qəbul etdiyim üçün onların rahatlığı mənim üçün önəmlidir.

Sonda demək istərdim ki, Bolt sürücüsü işləmək çoxlu üstünlüklər və xoş anlar təmin edərək pul qazanmağın əla yoludur. Bu, təkcə gəlir mənbəyi deyil, həm də maraqlı insanlarla tanış olmaq və istədiyiniz işlə məşğul olmaq imkanıdır. Mən öz nümunəmdə stereotipləri dəyişdirmək və qadınların bu sahədə uğurla işləyə biləcəyini göstərmək istəyirəm. Bütün avtomobil həvəskarlarına da məsləhət görərdim ki, qorxmasınlar, Bolt xidmətindən istifadə edərək sevdikləri işlə məşğul olub pul qazanmağa çalışsınlar.

Reklam hüququnda

Paylaş:
2597

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər