Tahir Şıxəliyev: Rəssamın ərsəyə gətirdiyi hər bir əsər mesajlara əsaslanır - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Tahir Şıxəliyev: Rəssamın ərsəyə gətirdiyi hər bir əsər mesajlara əsaslanır - MÜSAHİBƏ

12:00 - 14 / 11 / 2023
Tahir Şıxəliyev: Rəssamın ərsəyə gətirdiyi hər bir əsər mesajlara əsaslanır - MÜSAHİBƏ

Bugünkü qonağımız istedadlı rəssam Tahir Şıxəliyevdir .

Tahir müəllim redaksiyamızın bir sıra suallarını cavablandırmağa razılıq verdi!

Müsahibəni təqdim edirik:

- İncəsənət aləmində öz yolunuzu necə başladınız? Bizə öz rəssamlıq tarixçənizdən bəhs edin

- Hər zaman, hər yerdə rəsm çəkirdim. Rəsm çəkmək istəyim hələ erkən yaşlarımda başlamışdı. Hələ məktəbdə oxuyarkən Pionerlər Sarayında dərsdənkənar dərnəklərdə iştirak etməyə başlamışdım. Bura çox maraqlı idi və ən əsası isə təsviri sənətin əsaslarını öyrənirdim. Pionerlər sarayında tədris ən yüksək səviyyədə aparılırdı. Təsviri sənətə ilk addımlarımı atdığım zaman, uzun illər Azərbaycanın xalq rəssamı Oktay Şıxəliyev mənim müəllimim olub.

İstənilən işin başlanğıcı tədqiqatla başlayır, yəni sənət dərnəyində proqrama uyğun dərslərlə məşğul olurdum, sonra isə evdə, diqqətimi çəkən hər obyektin rəsmini çəkirdim. Erkən yaşda yaradıcılıqla məşğul olmaq üçün seçimlər axtarmağa başlasam da, təbii ki, o zaman bu barədə düşünməmişəm. İndi geriyə baxanda anlayıram ki, erkən yaşda sənətlə məşğul olmaq işi başa çatdırmaq üçün daim yeni metodlar axtarmaq və sınamaq deməkdir.

Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil. Maraqlı dövrlər, müəllimlər və onların öyrətmə üsulları. Rəsm sərgilərində iştirak etmək və sərgiləri ziyarət etmək. Bu zaman artıq bu sənətin bir hissəsi olduğumu hiss etməyə başladım. Sonra təhsilimi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında davam etdirdim. Elə ilk günlərdən Tiflisə aşiq oldum. Hələ də ünsiyyətdə olduğum bir çox dostlarım var. Akademiyada qazanılan biliklər mövcud təcrübəni zənginləşdirdi və bu məndə güc və inam yaradırdı.

- Sizi hansı mövzular və ya ideyalar ilhamlandırır? Xüsusi ilham mənbəyiniz varmı?

- İlk növbədə məni Azərbaycan, şəhərim Bakı, musiqi, filmlər, əhval-ruhiyyə, o cümlədən sevgi, nifrət və bir çox hisslərin yaratdığı emosiyalar ilhamlandırır. Məni həmçinin həyatda baş verən təsadüfi hadisələr və ya digər rəssamların əsərləri də ilhamlandıra bilər.

- Əsərlərinizdə hansı texnika və materiallardan istifadə etməyə üstünlük verirsiniz və niyə?

- Bu gün təsviri incəsənət və qrafika ilə məşğul oluram. Əsasən yağlı və akril boyalardan istifadə edirəm. Yəni dəzgah rəngkarlığı, kətan, karton, kağız və s. üzərində işləyirəm. Bu gün bu texnika mənə maraqlı gəlir. Mənim üçün əsas olan materialı hiss etməkdir, məsələn, yağlı boyalar, barmaqlar, kətan.

- Ən son layihəniz və ya hazırda üzərində işlədiyiniz iş barədə məlumat verə bilərsiniz?

- Təbii ki, mənim son layihəm ötən yaya həsr olunub. Bu, hər bir kətanın ölçüləri 150 x 75 sm olan diptixdir. Kompozisiyanın əsas elementləri forma və rəngdir, əsasən rəng diapazonuna diqqət yetirilir. Əsərdə yay səhərinin ab-havasını çatdırmaq istəmişəm Bu işi başa vurduqdan sonra Azərbaycana həsr olunacaq yeni diptix üzərində işə başlamağı planlaşdırıram.

- Müasir cəmiyyətdə bir rəssam kimi öz rolunuzu necə görürsünüz? Sənətiniz vasitəsilə çatdırmağa çalışdığınız mesaj varmı?

- Çox təəssüf edirəm ki, həyat bizi, o cümlədən rəssamları bir çərçivəyə salır, bununla da onun hərəkətlərini məhdudlaşdırır. Bir fikirdə deyildiyi kimi, rəssam tamaşaçını yeni bir dünyaya, başqa bir ölçüyə daxil edir ki, o, öz hərəkətlərini, keçmişini yenidən düşünə və mürəkkəb, dəyişən dünyaya uyğunlaşa bilsin. Belə çıxır ki, rəssam dəyişən cəmiyyətin bələdçisidir. Yeri gəlmişkən, rəssamın ərsəyə gətirdiyi hər bir əsər, bildirdiyiniz kimi, mesajlara əsaslanır.

- Sizə və yaradıcılığınıza təsir edən başqa rəssamlar və ya rəssamlıq cərəyanları varmı?

- Təbii ki, onların sayı çoxdur. Təsviri sənətdəki bədii cərəyanlardan və istiqamətlərdən bəhs edərkən qeyd etmək istərdim ki, bizim incəsənət haqqında təsəvvürümüz də tarixən dəyişib. Deyək ki, yaşla, ən əsası isə sürətlə dəyişən informasiya dünyasında baxışlar və bununla bağlı istər bədii cərəyana, istərsə də cərəyanın ayrı-ayrı nümayəndəsinə, bu halda rəssama münasibət də dəyişir. Bədii cərəyanlar arasında ən parlaq nümayəndəsi Leonardo da Vinçi ilə İntibah dövrünü, Deqa, Renuar, Mone kimi rəssamların təmsilində impersionizm dövrünü, Sezan, Qogen, Van Qoq kimi rəssamlar təmsilində isə Post-İmpersionizm dövrünü qeyd etmək olar. Həmçinin Modelyani, Dali, Serova, Qudiaşvilli, Səttar Bəhlul-zadə, Böyükağa Mirzəzadə, Rasim Babayev, Toğrul Nərimanbəyov və Mircavad Mircavadovun yaradıcılığını çox bəyənirəm.

- Sizcə, yaşadığımız informasiya əsrində incəsənət hansı rol oynayır?

- Düşünürəm ki, informasiya vasitələri incəsənəti xalq üçün daha asan əlçatan edir. Həmçinin, bu gün rəssamlar öz yaradıcılıqlarında informasiya vasitələri sahəsindəki nailiyyətlərdən cəsarətlə istifadə edirlər. Bu fakt ümidvericidir.

- Hansı yerlər və ya səyahətlər sənətinizə təsir edib? Dünyada ilhamverici təbiətinə görə xüsusilə sevdiyiniz yerlər varmı?

- Səyahətlər bizi dəyişir və əvvəlki insan kimi qalmaq çətindir. Xarici ölkələrə hər hansı səyahət yeni mədəniyyət, memarlıq, tarix və ən əsası yeni insanlarla tanışlıqdır. Üfüqlər genişlənir, dəyərlər və prioritetlər dəyişir. Səyahət insanı yaxşılığa doğru dəyişir. Bir sənətkar üçün isə bu, mütləq lazımdır. Şəhərlərdən bəhs etdikdə Roma, Pekin, London, Paris, Seul və s., təbiətdən bəhs etdikdə isə Aralıq dənizi və Balkan yarımadası ölkələri məndə maraq və xoş təəssüratlar doğurdu.

- Karyeralarını inkişaf etdirmək və yüksəltmək istəyən rəssamlara nə məsləhət görərdiniz?

- Həyatda əsas şey sevdiyin işlə məşğul olmaqdır və işin sənə zövq verməsi üçün bunu qəlbdən etmək lazımdır. Təsviri sənətə aparan çətin yola, əsas bilikləri əldə etməklə başlayın, yaxşı baza ilə siz yaradılmasında sizin də iştirak edəcəyiniz heyrətamiz sənət dünyasını kəşf edəcəksiniz. Hər gün işləmək, texnikanı mükəmməlləşdirmək, üslub yaratmaq lazımdır - bu çox vacibdir. Rəssamlarla söhbət edin, sərgilərdə iştirak edin. Təhsilli olun. Öyrənin, bilik dünyagörüşünü genişləndirir. O zaman qəlbinizin səsini eşidə biləcəksiniz. Bax belə.

Əlaqə nömrəsi: 077 777 75 75

Veb-site: https://tahir-shikhaliyev.com

İnstagram: tahir.shikhaliyev

FB: Tahir Shikhaliyev

Paylaş:
2118

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər