AFFA dörd klubu cərimələyib | 1news.az | Xəbərlər
İdman

AFFA dörd klubu cərimələyib

Qafar Ağayev17:13 - 16 / 02 / 2024
AFFA dörd klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” - “Səbail” oyununda meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib. İkinci sarıdan qırmızı vərəqə görən Gəncə təmsilçisinin müdafiəçisi Vurğun Hüseynov 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

“Neftçi” ilə oyununun fasiləsində “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat ziyana düşüb.

Matçda “ağ-qaralar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə ödəyəcək.

Paylaş:
656

Son xəbərlər

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblarBu gün, 09:37Goranboyda 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıbBu gün, 09:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək!Bu gün, 09:18Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEOBu gün, 09:13Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:11Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:06Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:48“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01
Bütün xəbərlər