“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR

Qafar Ağayev16:34 - 18 / 03 / 2024
“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR

Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi yaradılıb.

Yeni sistem vasitəsilə Ali Məhkəmənin Plenum qərarlarına, Kollegiyaların məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarına, vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarına və kassasiya qaydasında baxılmış işlər üzrə digər məhkəmə aktlarına əlçatanlıq təmin edilib.

1news.az xəbər verir ki, Vəkillər yeni yaradılan sistem barədə fikirlərini bölüşüblər.

Vəkil Vasif Həsənov deyib ki, uğurlu məhkəmə islahatlarının bəlkə də ən vacib elementi vahid məhkəmə təcrübəsinin formalaşmasıdır: "Nəzərə alsaq ki, vahid məhkəmə təcrübəsinin formalaşması üçün əsas olan ilkin hüquqi sənəd kimi məhz cənab Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixində "Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” çıxış edir. Sözügedən fərmanın icrasının təmini kimi, vahid məhkəmə təcrübəsinin formalaşması ədalətli, obyektiv məhkəmə araşdırması üçün bu çox vacib məsələdir. Çünki vətəndaşların çox vaxt haqlı narazılıqları onunla bağlı olurdu ki, nə üçün eyni faktiki halları özündə birləşdirən tələb üzrə başqa şəxsdə məhkəmə mübahisə bir cür hüquqi qiymət verib, lakin bizim işdə isə başqa cür hüquqi yanaşma olub. Təbii ki, bu kimi narazılıqların qarşısının alınmasının ən optimal yolu və eyni zamanda məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Təbii ki, bu ağır yük Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə düşür. Bu səbəbdən, Ali Məhkəmə ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirərək, bir çox işlər görməklə, mübahisəli məsələlər üzrə qərardadlar qəbul etməklə yanaşı, eyni zamanda məhkəmə təcrübəsi üzrə yeni axtarış sistemi istifadəyə verilib ki, bu addımı mən yüksək qiymətləndirirəm. Belə ki, sözügedən axtarış sistemi nəinki vəkillərin, hüquqşünasların, hətta adi vətəndaşların da onlara həlli lazım olan mübahisənin hüquqi həllinin məhkəmə perspektivlərini görməyə imkan verəcək. Mən bir vəkil olaraq həmin axtarış sistemindən istifadə etmişəm, çox da məmnun qalmışam. Düzdür, bir çox mübahisələr, sahələr üzrə təcrübə formalaşması mövcud deyildir, yəni formalaşma tam deyil, proses davam edir. Amma nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir. Sevindirici haldır ki, vahid məhkəmə təcrübəsi formalaşmasında Ali Məhkəmə tərəfindən ekspertlərlə yanaşı vəkillərin, hüquqşünasların da fikirlərini və təkliflərini mütləq nəzərə alır".

Vəkil İsrafil Əlili də yeni axtarış sisteminin yaradılmasını yüksək qiymətləndirib: "Sistemin imkanlarından istifadə etmişəm. Vəkillər üçün də, vətəndaşlar üçün də çox faydalıdır. Məhkəməyə müraciət edən şəxs ən azından axtarış edərək bu sistem vasitəsilə işin perspektivini öyrənmiş olacaq. Bu sistem elə gənc hakimlər üçün də gərəkli olacaq. Qərar qəbul edərkən analoji işlər üzrə Ali Məhkəmənin mövqeyini biləcək".

Vəkil Taleh İbrahimov Ali Məhkəmənin məhkəmə təcrübəsi üzrə yeni axtarış sisteminin çox faydalarından bəhs edib: "Məhkəmə təcrübəsi ilə bağlı hər hansı qərar lazım olduqda asanlıqla tapa bilirik. Hər hansı hüquqi məsələnin təcrübədə öz həllini necə tapmasını rahatlıqla öyrənə bilirik. Bu, biz vəkillərin işini xeyli asanlaşdırır. Ümumiyyətlə, son zamanlar Ali Məhkəmə tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir. İslahatların bundan sonra da davam etməsini arzu edirəm".

Vəkil Emin kiçikbəyov da deyib ki, yeni yaradılan sistem çox əhəmiyyəli və lazımlı bir sistemdir: "Ali Məhkəmənin məhkəmə təcrübəsi üzrə yeni axtarış sisteminin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də vəkillər üçün çox lazımlı bir sistemdir. Mən bu sistemi çox bəyəndim. İşlərin perspektivinin müəyyən edilməsi üçün əhəmiyyətlidir".

Paylaş:
128

Son xəbərlər

Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02
Bütün xəbərlər