Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

10:23 - 29 / 03 / 2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

1news.az xəbər verir ki, bəyanatda xatırladılıb ki, tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və deportasiyalara məruz qalıblar. Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilmiş və bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılıb.

"Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib, əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı öldürülüb. Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə təsdiqləyir", - Səbinə Əliyeva bəyanatda vurğulayıb.

Ombudsmanın bəyanatında qeyd edilib ki, 31 Mart soyqırımı da daxil olmaqla, tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir:

"Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa şəhərlərində, həmçinin Xocalıda və işğaldan azad olunmuş digər torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması da buna nümunə olaraq göstərilə bilər. Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşmiş, nəticədə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazilərindən deportasiyaya məruz qalmış, həmçinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə tərəfindən işğal olunub. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, tarixi ədalət bərqərar olub".

Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara qarşı törətdikləri amansız soyqırımı hadisələrini xüsusi qeyd edən İnsan Hüquqları üzrə Müvəkkil bildirib ki, bu barədə həqiqətlərin dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub:

"Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş, soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına, həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verilib. Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır".

Paylaş:
118

Son xəbərlər

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEOBu gün, 10:12İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edibBu gün, 10:11Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıbBu gün, 10:03Komissiya katibi: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaqBu gün, 09:54Ötən gün axtarışda olan 59 nəfər saxlanıldıBu gün, 09:42Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblarBu gün, 09:37Goranboyda 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıbBu gün, 09:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək!Bu gün, 09:18Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEOBu gün, 09:13Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:11Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:06Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:48“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03
Bütün xəbərlər