Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib

14:31 - 18 / 04 / 2024
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlıvətəndaşlara müraciət edib.

1news.az müraciəti təqdim edir:

"Xatırlatmaq istəyirik ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan svetoforlar birbaşa Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzərət edilir. Svetoforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir.
Lakin bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edirik ki, paytaxt ərazisində yerləşən svetoforlarda hər hansı problemlə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər" - deyə müraciətdə qeyd olunub.

Paylaş:
98

Son xəbərlər

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqikBu gün, 10:53Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olubBu gün, 10:46İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 10:39Prezident: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olubBu gün, 10:35“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTOBu gün, 10:14Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbBu gün, 10:03Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayırBu gün, 10:01Azərbaycanlı şagird Sidneydə olimpiadada qalib olubBu gün, 09:58Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 09:46AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:44Motoverse 1 yaşında! - FOTO - VİDEOBu gün, 09:33Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:27Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə təqdim olunacaqBu gün, 09:10“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayırBu gün, 09:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:05Hazırda havada tozun miqdarı normadan 1,2 dəfə artıqdıBu gün, 09:01Paytaxt yollarında müşahidə olunan vəziyyət açıqlandı - SİYAHIBu gün, 08:59Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39
Bütün xəbərlər