AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

Qafar Ağayev15:50 - 19 / 04 / 2024
AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub.

1news.az bu barədə aeroporta istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı Gəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.

Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və ACI World təşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranın iştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olan "Passenger Terminal Expo 2024" çərçivəsində keçirilib. Görüşdə rəsmi olaraq ACI Europe-a üzvlük sertifikatı təqdim olunub. Aeroport xidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsi üçün əməkdaşlığın vacibliyi vurğulanıb.

“Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq bizim üçün yeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf və təkmilləşmə istiqamətində mühüm addımdır. Bu, bizə xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tətbiq etmək və qlobal aviasiya arenasında mövqeyimizi gücləndirmək imkanı verəcək”, - deyə S.Rzayev bildirib.

“ACI Avropa Şurası tərəfindən təmsil olunan ümumavropa hava limanı ictimaiyyəti adından Azərbaycanın paytaxtı Bakıya xidmət göstərən əsas qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna səmimi salamlarımı çatdırmaq istərdim. Dayanıqlılıq və karbonsizləşdirmə, maliyyə və əməliyyat dayanıqlığı və xidmət göstərdiyimiz icmalar üçün rəqabətədavamlı əlaqələrin inkişaf etdirilməsi də daxil olmaqla, sənaye üçün vacib məsələlər üzrə hava limanı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, - Beynəlxalq Hava Limanları Şurasının (ACI Avropa) baş direktoru Olivye Yankovets bildirib.

Qeyd edək ki, ACI Europe qabaqcıl təcrübələrin bölüşdürülməsində, konfransların və sərgilərin təşkilində, hava limanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqində mühüm rol oynayır. Azərbaycanın aeroportlarının Hava Limanları Şurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçün unikal imkanlar açır, o cümlədən qlobal aviasiya siyasətinin və qanunvericiliyin inkişafına töhfə verir. Həmçinin, Bakı və Gəncə aeroportları hava limanlarının təkmilləşdirilməsi, ötürmə qabiliyyətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququ əldə edəcəklər.

Dünyanın 1925 aeroportunun kollektiv mövqeyini təmsil edən ACI Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatı (CANSO), Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) və aviasiya sənayesinin digər əsas oyunçuları ilə də əməkdaşlıq edir.

Paylaş:
131

Son xəbərlər

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27
Bütün xəbərlər