FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

15:32 - 20 / 04 / 2024
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Binəqədi rayonu R.Pirnəzərov adına 299 və Səbail rayonu T.İsmayılov adına 6 nömrəli məktəb-liseylərində, Xəzər rayonu 181 və Yasamal rayonu 133 nömrəli tam orta məktəblərində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbində, Gəncə Dövlət Universitetində, Qazax rayonu S.Vurğun adına 2 nömrəli tam orta məktəbində və V.Süleymanov adına Peşə liseyində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Xırdalan şəhər 2 nömrəli və Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şəki şəhəri 18 nömrəli tam orta məktəbində və fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı rayonu A.Ç.Bağırov adına Vərgədüz və S.N.Abiyev adına Köryədi kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Xocavənd rayonu Muğanlı kənd 1 nömrəli və Füzuli rayonu B.Əliyev adına Əhmədalılar kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş:
91

Son xəbərlər

Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03
Bütün xəbərlər