“Azərpoçt” “İnternet bankçılıq” xidmətini istifadəyə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt” “İnternet bankçılıq” xidmətini istifadəyə verib

Qafar Ağayev14:36 - 22 / 04 / 2024
“Azərpoçt” “İnternet bankçılıq” xidmətini istifadəyə verib

İnformasiya texnologiyaları sahəsində baş verən sürətli inkişaf və rəqəmsal transformasiya müştərilərə yeni xidmətlərin göstərilməsini, bank əməliyyatlarının daha da əlçatan olmasını tələb edir.

1news.az xəbər verir ki, bu məqsədlə 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC rəqəmsallaşma və elektron kommersiya istiqamətində bir sıra rəqəmsal həllər təklif edib.

Bunlardan biri də test rejimini uğurla keçərək müştərilərin istifadəsinə verilən “İnternet bankçılıq” xidmətidir. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

· Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;

· Bank hesablarına nəzarət etmək;

· Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;

· Mübadilə əməliyyatlarını həyata keçirmək;

· Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;

· Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

Paylaş:
90

Son xəbərlər

“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilibBu gün, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıbBu gün, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23
Bütün xəbərlər