Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Qafar Ağayev17:49 - 24 / 04 / 2024
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq üçün imkanlar yaradacaq.

1news.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov və Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə aparılıb.

Görüşdə uzun tarixə malik Azərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib.

Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələr (OPEC+) və Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) formatlarında, həmçinin iki ölkənin müvafiq nazirlikləri, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Sonatrach” şirkətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha da möhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerji sahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçi Qrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçün imkanlar yaradacağı qeyd edilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə də fikir mübadiləsi aparılıb.

Paylaş:
184

Son xəbərlər

“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15Qaraçuxurda bir avtomobilin şüşəsi sındırıldı, digəri yandırıldıBu gün, 11:01Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıbBu gün, 10:48Ukrayna Rusiyaya hücum etdi - Ölən və yaralananlar varBu gün, 10:34Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatacaqBu gün, 10:26Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblarBu gün, 10:11Ağdaşda tikinti mağazası yandı - VİDEOBu gün, 10:01Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 09:59Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:47AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:34Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVABu gün, 09:26Qobustan qəsəbəsində 24 yaşlı oğlan evdə ölü aşkarlanıbBu gün, 09:21Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:18Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçibBu gün, 09:12Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:00“Vüsal hicrandan acıymış” filminin təqdimat mərasimi keçirildi – FOTO05 / 05 / 2024, 14:00İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47
Bütün xəbərlər