“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO

16:11 - 25 / 04 / 2024
“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO

Aprel ayının 18-19-20 tarixlərində “CÀSÀ” Kulinariya Mərkəzində 2-ci dəfə kulinariya üzrə çempionat təşkil olundu.

Münsiflərimiz arasında Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (WACS) Kulinariya Müsabiqə Komitəsinin şirniyyat üzrə məsləhətçisi Şef Gilles Renusson, Azerbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Ceyran Əsgərova, Türkiyə Aşpazlar və Aşpazlar Federasiyasının prezidenti Şef Bayram Özrek və digər yerli və xarici şeflər iştirak etmişdir.

Çempionat 3 gün ərzində davam etdi və iştirakçılar “Ən yaxşı Aşpaz”, “Ən Yaxşı Şirniyyatçı”, “Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” və “Ən Yaxşı Komanda” nominasiyaları üzrə yarışdılar. Çempionatın sonunda 12 nəfər qalib seçildi və müvafiq olaraq kubok və medallar qazanıb sertifikatla təltif olundular. Bununla yanaşı qaliblər mərkəzdə "City&Guilds" London İnstitutu tərəfindən diplom proqramı üzrə ödənişsiz təhsil qazandılar. Medal kateqoriyasında yarışan iştirakçılar “CÀSÀ” Kulinariya mərkəzinin tərəfdaşları olan Kenwood, BALLİ BİSİ və "Istanbul Nişantaşı University Acun Media Academy" -dən qiymətli hədiyyələr qazandılar. Çempionatın qiymətləndirilməsi “WorldChefs” standartları əsasında həyata keçirildi.

“CÀSÀ” Kulinariya Çempionatının nominasiyalar üzrə qaliblərini sizə təqdim edirik:

“Ən Yaxşı Aşpaz” – Səyyad Hüseynzadə "City&Guilds" London İnstitutu aşpazlıq üzrə diplom proqramını qazandı;

“Ən Yaxşı Şirniyyatçı” – Çinarə Həsənova "City&Guilds" London İnstitutu qənnadçılıq üzrə diplom proqramını qazandı;

“Ən Yaxşı Milli Mətbəx üzrə Aşpaz” – Betül Hüseynli Milli Mətbəx üzrə Diplom Proqramını qazandı;

“Ən yaxşı Komanda” üzrə 1-ci yer – “CÀSÀ Team” 3000 AZN pul mükafatı qazandı ;

“Ən yaxşı Komanda” üzrə 2-ci yer – “HYATT Team” 2000 AZN pul mükafatı qazandı:

“Ən yaxşı Komanda” üzrə 3-cü yer – "RATATOUILLE" Team 1000 AZN pul mükafatı qazandı

Aşpazlıq kateqoriyası üzrə Medal qazanan Zivər İbrahimova "Istanbul Nişantaşı University Acun Media Academy" -dən “Pro Chef” proqramı üzrə ödənişsiz təhsil qazandı.

Şirniyyatçılıq kateqoriyası üzrə Medal qazanan Həsən Abbasov "BALLİ BİSSİ" -dən 1000 AZN dəyərində yerli texnika mağazalarının birindən HƏDİYYƏ KUPONU qazandı.

Əlavə olaraq qeyd etmək istərdik ki, mərkəzdə keçirilən bu kimi tədbir və çempionatları hər kəs sərbəst şəkildə gəlib izləyə bilər. “CÀSÀ” Kulinariya çempionatlarında iştirak edib kulinariya sirlərini öyrənə və özünüzü bu sahədə inkişaf etdirə bilərsiniz.

Onu da qeyd edək ki, “CÀSÀ” Kulinariya Mərkəzi 3 ildir ki, fəaliyyət göstərir və bu qısa müddət ərzində mərkəzin tələbələri beynəlxalq yarışlarda böyük nəticələr əldə ediblər:

- Tələbələrdən biri olan Leyla Vəliyeva 10-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil etmiş, Qızıl Triumf və Qızıl Medal qazanmışdır;

- “WorldSkills Müsabiqəsi 2022” iştirakçısı və “CÀSÀ” -nın tələbəsi Emil Zeynalzadə 9-cu Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında (YCO) Azərbaycanı təmsil etmiş, Qızıl Triumf və Qızıl Medal qazanmışdır;

- "WorldSkills Müsabiqəsi 2023-cü il Xüsusi Buraxılışında" isə digər tələbə Kamal Ağayev ölkəni Fransada təmsil etmək hüququ qazanmışdır.

Başda çempionatın qalibləri olmaqla bütün iştirakçıları təbrik edir, gələcək karyeralarında müvəffəqiyyətlər arzu edirik!

Qeyd etmək istəyirik ki, növbəti “CÀSÀ” Kulinariya Çempionatı 2025-ci ildə təşkil olunacaq.

Ətraflı məlumat əldə etmək istəyirsinizsə 0502507632 ilə əlaqə saxlamağınız yetərlidir.

Qeyd edək ki, “CÀSÀ” Azərbaycanda və MDB ölkələrində İngiltərə təşkilatı tərəfindən akkreditə olunmuş, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir.

Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşəkar aşpaz müəllimlər tədris edir.

Reklam hüququnda

Paylaş:
122

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər