İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edir | 1news.az | Xəbərlər
Siyasət

İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edir

Qafar Ağayev12:24 - 25 / 04 / 2024
İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edir

Qərbi Azərbaycan İcması ABŞ-nin Dövlət Departamentinin insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-isifadə etməsini və Azərbaycana və azərbaycanlılara qarşı yol verdiyi ayrı-seçkliyi və qərəzi qınayır.

1news.az xəbər verir ki, bu fikirlər icmanın ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair hesabatları ilə bağlı bəyanatında əksini tapıb.

"Əvvəla qeyd edək ki, ABŞ konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur", - Qərbi Azərbaycan İcmasından qeyd olunub.

Bildirilib ki, ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib:

"Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin, Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur".

İcma ABŞ-ni bir daha Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır.

Paylaş:
177

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər