“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

13:08 - 26 / 04 / 2024
“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTO

"SABAH.HUB İnnovasiya Mərkəzi çərçivəsində yer alan, və startap ideyaların reallaşmasına dəstək olan “SABAH.incubation” tərəfindən iki günlük "Green Hackathon" tədbiri həyata keçirilmişdir.

100-dən artıq şəxsin iştirakı ilə keçirilmiş tədbirdə “Dünyanı daha yaşıl və sağlam etmək” startap ideyalarını təqdim etmək məqsədi ilə yenilikçi gənclər, münsiflər qismində SABAH.HUB İnnovasiya Mərkəzi və partnyorların nümayəndələri çıxış etmişdir.

İlk gün, iştirakçılara çıxış mərasimi, "Kick-off" sessiyası, "Green" ideya formalaşdırılması və "Green" ideya problemlərinin həlli üçün sessiyalarında aktiv iştirak etdilər.

Hackathon prinsipinə uyğun olaraq, iştirakçılar 2 gün ərzində mentorlar və “SABAH.HUB” nümayəndələrin köməyi ilə təqdimatlara hazırlaşdılar.

Tədbirin ikinci günü formalaşmış 20-dən artıq komandalar biznes təqdimatlarını jüri qarşısında təqdim etdilər. Yarış sonunda, aşağıdakı komandalar qalib gələrək investisiya mükafatlarına layiq görülmüşdür:

• 1-ci yer - Ecoffin by Codage – 5.000 AZN dəyərində;

• 2-ci yer - Green Stone – 3.000 AZN dəyərində;

• 3-cü yer - EcoGuardians – 2.000 AZN dəyərində.

Həmçinin, 11 komanda SABAH.incubation proqramında iştirak vəsiqəsi qazandı.

Jüri üzvləri sırasında Orxan Abbasov (“SABAH.HUB”), Mübariz Şahbazlı (UNEC Startup Incubator), Tuğra Musayeva (PASHA Holding), İlham Əsgərli (SOCAR), Xeyrəddin Mehdizadə (SOCAR) kimi sektorda tanınmış şəxslər yer aldı.

Tədbirin təşkilatçısı “SABAH.incubation” olmaqla, mentor və logistika dəstəyi “UNEC Startup Incubator” Mərkəzi, Matrix Academy, Bakı Dizayn Akademiyası tərəfindən təmin edilmişdir. Media partnyoru kimi Trilogy.news fəaliyyət göstərdi.

“SABAH.incubation” tərəfindən təşkil olunan "Green Hackathon" tədbiri, startap ekosistemini gücləndirmək və daha yaşıl bir dünya üçün yenilikçi həllər yaratmaq missiyası ilə davam etdiriləcəkdir. Qeyd edək ki, “SABAH.HUB” İnnovasiya Mərkəzi 2 ildən artıq olan fəaliyyət dövrü çərçivəsində 100-lərlə startapın inkişafına dəstək və 3000+ şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1.19 mln AZN-dən çox məbləğdə şəbəkəsində olan startapların investisiya almasına dəstək olub.

“SABAH.HUB” İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin".

Reklam hüququnda

Paylaş:
347

Son xəbərlər

AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34
Bütün xəbərlər