Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Qafar Ağayev09:47 - 27 / 04 / 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib.

Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər.

Paylaş:
164

Son xəbərlər

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49DSMF Gəncədə ictimai dinləmə keçirəcəkBu gün, 13:36Kamaləddin Qafarov: “Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər”Bu gün, 13:14Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:11Tamstore marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start veribBu gün, 13:00Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİBBu gün, 12:40Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblarBu gün, 12:28Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olubBu gün, 12:16İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışlayıbBu gün, 12:12Azərbaycan və Bolqarıstan Prezidentlərinin təkbətək görüşü başa çatıbBu gün, 11:57FHN: Ötən sutka 15 yanğına çıxış olubBu gün, 11:32Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:13Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötürBu gün, 11:098 Noyabr proqpekti təmir olunur - NİİM-dən xəbərdarlıqBu gün, 10:48Baş Prokuror: Ulu öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idiBu gün, 10:40Qızıl və gümüş cüzi bahalaşıbBu gün, 10:39ADY-nin qatarları ilə səfər edənlərin sayı artıb - STATİSTİKABu gün, 10:38SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTOBu gün, 10:26
Bütün xəbərlər