Abşerona olan sevgi ziyalıları bir araya topladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşerona olan sevgi ziyalıları bir araya topladı

11:42 - 29 / 04 / 2024
Abşerona olan sevgi ziyalıları bir araya topladı

Bakımızın göz bəbəyi İçəri Şəhərimizdə filoloq-dilçi, MHUİB-in ( “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin) , Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi eləcə də Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) üzvü Lala Ümidin (Bağırovanın) sayca doqquzuncu olan "Ağabala" kitabının təqdimat gecəsi keçirilib.

Lalə xanım Bakıda, ictimai xadim Marlen Bağırovun ailəsində anadan olmuş, BDU-nin filalogiya fakültəsinin tərçüməçilik ixtisasını bitirib yaradıcılıq fəaliyyətinə başlamışdır. “Ağabala” müasir Azərbaycan yazıçısı Lalə Umudun hekayələr kitabıdır. Yazıçının bu günə qədər "Sevgi dərsi", "Vicdanla sevdalaşma", "İntuitsia", "Cəhənnəmə gedən yolu necə tapdım", "Zənglərin zamanı", "Kirpiciklə Şirincikin macəraları" 1 və 2 hissə, "Kotlet adlı pisiklə Küftə adlı itin nağılı" kimi kitabları işıq üzü görüb.

Respublikanın əməkdar artisti, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi İdarə Heyyətinin sədri Gövhər Həsən-zadə gecəni açıq elan etdikdən sonra tədbir iştirakçıları müəllifin yaradıcılığından, onun bütün hekayələrində doğma Bakını təsvir etməsindən bəhs edən maraqlı çıxışlar etdilər. Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin Bədii Şura sədri, Bakı Slavyan Universitetinin professoru eləcə də MHUİB-nin üzvü (şair, tərcüməçi, drammaturq Az.YB-nin üzvü Adil Babayevin varisi) Etibar Babayev kitab haqqında öz dəyərli fikirlərini bu cür dilə gətirdi: " Yazıçının ən sevimli mövzusu olan Abşerona sevgi, onun yazdığı hekayələrdə, sanki nəsillərin müdrikliyini, doğma xalqa sevgisini, xeyirxahlığını, kimliyini oxucuya sadə və çox səmimi dillə çatdırmışdır." Sonra, MHUİB-nin daha bir üzvü (Azərbaycan görkəmli bəstəkarı, pianoçu, dirijor, Azərbaycan SSR xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Quliyevin varisi) Əməkdar İncəsənət Xadimi Lalə Quliyeva dəyərli fikirləri ilə bölüşdü: " Burada hər sətir bir sevgi etirafıdır! Kitab insana ümidqarışıq rahatlıq gətirir, yüksək əhval-ruhiyyə yaradır. Hekayələr təkcə qəhrəmanların həyatının gözlənilməz şəkildə bəlli olması, incə psixoloji tərəfləri, bəzən mistik süjetlərlə deyil, həm də müəllifin yaşamaq haqqında tövsiyələri, Abşeron günəşinin gözəlliyindən zövq alması, sevgi hissləri aşılaması ilə maraqlıdır... "

Gecədə azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti , "Şou Plus" kanalın baş direktoru Samir Cəfərov, eləcə də kanalın prezidenti Malik Məmmədov, MHUİB-in İdarə Heyətinin üşvü, Respublikanın Əməkdar artisti, bəstəkar Vüqar Camalzadə, "Finlandiya -Azərbaycan Dostluğu" Cəmiyyətinin sədri Təranə Nəzərova, şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, AYB-nin Mətbuat Xidməti və Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Xəyal Rza , TİA.az-ın rəhbəri Əlişir Əhəd və şairə AYB -in üzvü Xanım Aydın qonaqlar siyahısına daxil idilər. İran -bəstəkar və ifaçısı Arif Mehmandost öz ifası ilə gecəyə əsrarəngiz gözəllik qatdı. Xüsusilə dəyərli qələm ustamız şair, dramaturq, AYB-nin üzvü Nəriman Həsənzadənin sözlərinə bəstələdiyi "Qayıt" mahnısı tamaşaçılar tərəfindən böyük coşquyla qarşılandı.

Müəllif tədbir iştirakçılarına öz imzalı kitablarını təqdim edərək, bu dəyərli gündə ona dəstək verib iştirak etdikləri üçün eləcə də tədbirin təşkil olunmasında əziyyəti olan "İZ.Community"-yə dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.

Biz də MHUİB-nə və Lalə xanıma yaradıcılıq uğurları arzulayır, belə gecələrin daha çox olmasına ümid edirik.

Paylaş:
137

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər