“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilib

Qafar Ağayev12:51 - 29 / 04 / 2024
“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilib

26–28 aprel tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində hakaton formatında tələbə müsabiqəsi təşkil edilib.

1news.az xəbər verir ki, layihə “Bir könüllü” Tələbə Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “bp Azərbaycan”, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu, SABAH.HUB-ın tərəfdaşlığı, “Tetroid” şirkətinin media dəstəyi ilə həyata keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirmək olub.

Müsabiqənin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov tələbələr üçün təşkil olunan belə layihələrin əhəmiyyətindən danışıblar.

Ardınca Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər və gənclərə tələbəlik illərində təhsil üzrə müxtəlif faydalı imkanları dəyərləndirməyə dair tövsiyələr veriblər.

Tələbə müsabiqəsinin ilk günündə akademik İşıl Keskin Şahan, “Flower Turbines” şirkətinin baş icraçı direktoru Daniel Farb və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində milli proqram koordinatoru vəzifəsində çalışan Elməddin Namazovun təqdimatında interaktiv təlim proqramları həyata keçirilib. Günün ikinci yarısında su ehtiyatları üzrə idarəetmənin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, yaşıl texnologiyaların tətbiqi, şəhər və yaşayış məntəqələrinin davamlılığı və ekoloji dayanıqlılığının təminatı olmaqla 4 əsas istiqamət üzrə həyata keçirilən hakatonun iştirakçıları ilkin ideyaların formalaşdırılmasına başlayıblar. Müsabiqə ərzində hər bir komanda mentor dəstəyi də alıb. Hakatonda müvafiq istiqamətlər üzrə təyin edilmiş 10 mentor tələbələrə konstruktiv rəylər verərək onlara ideyalarının təkmilləşdirilməsi istiqamətində dəstək olub.

Hakatonun finalında isə tərkibi 10 nəfərdən ibarət 30 komanda 5 dəqiqə ərzində layihə təqdimatlarını həyata keçirib. Münsiflər heyətinin qərarı ilə “Genesis” komandası I, “Cookers 404” komandası II, “Hexagon Bhos” komandası III yerə layiq görülüblər. Qaliblər müvafiq olaraq 2000, 1500, 1000 manat məbləğində mükafat və “bp Azərbaycan” tərəfindən təqdim olunan hədiyyə ilə mükafatlandırılıblar.

Tələbə müsabiqəsinin qalib komandası eyni zamanda layihənin tərəfdaşı olan SABAH.HUB Mərkəzində inkubasiya proqramına cəlb ediləcək.

Qeyd edək ki, müsabiqədə 3 komanda region gənclərindən, 27 komanda isə paytaxt gənclərindən ibarət olub.

Paylaş:
96

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər