“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO

15:22 - 30 / 04 / 2024
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO

Aprelin 27-də Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Azərşəkər” MMC-nin, “Gilan Pivot” MMC, Carlsberg Azerbaijan şirkətinin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resursqoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak ediblər.

Sərvan Cəfərov, Kənd təsərrüfatı nazirinin müavini bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft-qaz sektoruna göstərilən yüksək dövlət diqqəti nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı Sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib.

Anar Mehdiyev Azərşəkər MMC-nin İdarə Heyətinin sədrinin sözlərinə görə, qlobal iqlim dəyişikliyi fonunda, malik olduğumuz məhdud su və torpaq resurlarımızdan ən səmərəli şəkildə istifadə, ölkə olaraq bizim vacib hədəflərimizdən birinə çevrilməkdədir. Şirkətimiz bu məsuliyyəti yarandığı gündən anlayır və bu cür yanaşma missiya və vizyonumuzun bir hissəsinə çevrilmişdir. Əkinçilikdə səmərəliyin artırılması üçün tələb olunan araşdırmalar və investisiyaları artıq 4 ildən çoxdur ki həyata keçirməkdəyik. Hesab edirik ki, bu istiqamətdə əldə etdiyimiz uğurların ölkəmizdə daha geniş tətbiqinə nail olsaq, ümumi olaraq sektorun inkişafında böyük irəliləyiş əldə edə bilərik.

Ruslan Ələskərov, Gilan Pivot MMC-nin Baş direktoru bildirib ki, Qlobal istiləşmə, quraqlıq və su mənbələrinin tükənməsi suvarma suyunun doğru şəkildə istifadəsini daha da aktuallaşdırır. Qlobal iqlim dəyişikliyinin ekoloji fəsadları ölkəmizdən də yan keçmir. Hazırda ölkəmizin su resurslarından səmərəli istifadəyə yönəlmiş bir sıra dövlət layihələri icra olunur. Belə layihələr kənd təsərrüfatı sektorunun inkişafında önəmli rola malikdir. Biz də öz növbəmizdə dövlətimizin bu sahəyə olan diqqətinə görə dərin təşəkkürümüzü bildiririk. Xüsusi olaraq qeyd edim ki, Gilan Pivot olaraq ölkəmizin su ehtiyatlarının qorunmasını özümüzə borc bilirik.

Nəzərinizə çatdırım ki, dayanıqlı kənd təsərrüfatının formalaşması üçün ən son suvarma texnologiyalarını tətbiq edir və bu istiqamətdə digər işlərimizi də davam etdiririk. Bunların sırasında uğurla tətbiq etdiyimiz və suvarma suyuna 50 %-ə qədər qənaət edən Dragon Line hibrid suvarma sistemi, həmçinin yaxın zamanda tətbiq edəcəyimiz Solar günəş panelləri ilə bu sahədə alternativ enerjidən istifadə olunması baxımından ölkəmizdə ilklərə imza atmış olacağıq.

Alius Antulis, Carlsberg Azerbaijan şirkətinin Baş direktoru, qeyd edib ki, Azərşəkər şirkətinin Məsuliyyətli Fermerlik gündəmini irəli sürməsi və səmərəli əkinçilik texnologiyalarından istifadə etməsi bizi çox qürurlandırır ki, bu da Carlsberg Group-un “Birlikdə Sıfıra Doğru və daha İrəli” dayanıqlı inkişaf proqramının ambisiyalarına uyğundur.

Bu gün Yevlax və Ağcabədidə becərilən Azərbaycan arpasından hazırlanmış ilk yerli alkoqolsuz pivə olan Xirdalan 0.0 ilə burada olmaqdan şərəf duyuruq. Bizim yüksək səviyyəli ambisiyamız 100% yerli xammal və qablaşdırma materiallarından istehsal olunan yüksək keyfiyyətli Azərbaycan pivəsinin geniş ixracına nail olmaqdır”.

500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.

Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Reklam hüququnda

Paylaş:
173

Son xəbərlər

İlham Əliyev İran səfirliyində olub, başsağlığı veribBu gün, 10:38Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edibBu gün, 10:25Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25
Bütün xəbərlər