Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Qafar Ağayev10:12 - 30 / 04 / 2024
Ali Məhkəmə ilə Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

2024-cü ilin 27 və 28 aprel tarixlərində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

Ali Məhkəmədən 1news.az-a verilən məlumata görə, İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdə olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü İnam Kərimovla Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında ikitərəfli görüş keçirilib. Tahar Mamouni ötən il Bakıya etdiyi səfəri xatırladaraq Azərbaycan Respublikası Ali Məhkəməsi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkənin məhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub.

Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi və Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edib.

Paylaş:
95

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdirBu gün, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52
Bütün xəbərlər