İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik | 1news.az | Xəbərlər
Cəmiyyət

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

Qafar Ağayev13:44 - 09 / 05 / 2024
İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini “Azadlıq” radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.

Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır.

1news.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: "Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olması ilə bağlı sərsəmləməsi ilə əlaqədar olaraq, İcma, ilk növbədə, Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyini qınayır. Bundan əlavə, “beynəlxalq instansiyalar” təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. “Beynəlxalq instansiyalar” həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir.

Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buayonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin və “ruhaniləri”nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və anti-sülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin “ermənidən çox erməni” olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz “atmacalar”ı, özünü “dövrün Taleyran”ı hesab etməsi acınacaqlıdır.

Qərbi Azərbaycan İcması Fransandan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir".

Paylaş:
116

Son xəbərlər

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEOBu gün, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıbBu gün, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22
Bütün xəbərlər