Ölkə sərhədlərini aşan startaplarımız | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ölkə sərhədlərini aşan startaplarımız

Qafar Ağayev10:13 - 10 / 05 / 2024
Ölkə sərhədlərini aşan startaplarımız

Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir və unikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızı asanlaşdırırlar.

1news.az xəbər verir ki, son dövrlər uğurlu azərbaycanlı startaplarımızın sayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindən startap ekosisteminə göstərilən diqqət, innovativ ideyaların yaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyi mexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləri stimullaşdırmaqla yeni ideyaların yaranmasına və startap layihələrini inkişaf etdirməklə ölkə hüdudlarından kənara çıxarmağa dəstək olur.

Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkəti tərəfindən satın alınıb. Onlayn təhsil platforması olan “Metatesk” startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərc etdiyi “30 UNDER 30” siyahısında yer alıb. Azərbaycanlı gənclər tərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşı təhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”, “Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağız çeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isə ölkəmizi 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən və dünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələrini investorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIM Congress) təmsil edərək, münsiflər heyətinin favorit layihələri arasında yer alıb.

Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son bir neçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirən başlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövlət tərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib. Bu sənəd layihələri 3 il müddətində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib. Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancı layihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib. Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsi zamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asan inteqrasiya etməkdə dəstək olur. “Dr. Agro” layihəsi isə “Startap” şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrant müsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi də alıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİA tərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş 4 qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinin də olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədilə ümumilikdə 1 mln. manatdan çox qrant vəsaiti ayrılıb.

Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələrini inkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycan startaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi ilə hazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesə çevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyük nailiyyətləri isə qarşıdadır.

Paylaş:
168

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər