Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

16:26 - 18 / 05 / 2024
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

1news.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.

14:16

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
288

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər