Arif Məmmədov, Emin Hüseynov kimilər Sorosla, onun Petras kimi əlaltıları ilə hər cür əməkdaşlığa hazırdırlar | 1news.az | Xəbərlər
Siyasət

Arif Məmmədov, Emin Hüseynov kimilər Sorosla, onun Petras kimi əlaltıları ilə hər cür əməkdaşlığa hazırdırlar

11:04 - 18 / 10 / 2018
Arif Məmmədov, Emin Hüseynov kimilər Sorosla, onun Petras kimi əlaltıları ilə hər cür əməkdaşlığa hazırdırlar

Avropa Parlamentinin (AP) İnsan Hüquqları Komitəsinin növbəti iclası çərçivəsində “2017-ci il üzrə dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti” üzrə dekabrda qəbul ediləcək illik hesabat layihəsi üzrə ilkin müzakirələri keçirilib.

1news.az xəbər verir ki, sənədin müəllifi Azərbaycana qarşı davamlı olaraq qərəzli münasibəti ilə seçilən litvalı deputat Petras Austrevisiusdur. Həmin şəxs Avropa Parlamentində kəskin İslamafobiya və səlibçi düşüncəsinə malik olan şəxs kimi qiymətləndirilir.

P.Austrevicus Litvanın Macarıstandakı keçmiş səfiri Renatas Yuşkanı özünə köməkçi götüüb. Renatas Yuşka 8 iyul 2013-cü ildə youtube-da yayımlanan qalmaqallı səs yazısı ilə yadda qalıb. Həmin şəxs digər litvalı səfir ilə telefon danışığı zamanı Ermənistan-Azərbaycan münaqişəsinin ermənilərin xeyrinə həll edilməsinin tərəfdarı olduğunu, xristian həmrəyliyi baxımdan ermənilərin dəstəklənməsinin vacibliyini bildirib.

 Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutu tərəfindən SOROS Fondunun maraqlarını Avropa Parlamentində müdafiə edə biləcək Avropa Parlamenti üzvlərinin siyahısı açıqlayıb. Hesabatı Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun sorğusu əsasında KUMQUAT konsaltinq şirkəti hazırlayıb.

Petras Austrevisius bu siyahıda Soros tərəfindən dəstəklənən və ənənəvi olaraq anti-Azərbaycan mövqeyi ilə seçilən və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edən Eleni Theoxarous,  Frank Engel, Andrey Kovatcev, Charles Tannock, Petras Austrevicius, Johannes Cornelis van Baalen, Ana Gomes, Maritje Shaake kimiləri ilə bir sıyahıdadır.

Müzakirələr zamanı sənədin müəllifi qismində Petras Austrevisius çıxış edib. O, məqsədyönlü şəkildə sənədi Azərbaycana qarşı yönləndirməyə çalışır. Onun sözlərinə görə, sənəddə konkret ölkəyə birbaşa istinad edilməkdən yayınmaq ənənəsinin dayandırılması nəzərdən keçirilə bilər.  Belə ki, bundan sonra hər hansı ölkə və ya region adlarının çəkilməsi məsələsi sənədin kölgə məruzəçiləri ilə müzakirə ediləcəkdir.

 Azərbaycanla əlaqədar kölgə məruzəçiləri dedikdə isə Arif Məmmədov və Emin Hüseynov kimi “faydalı axmaqlar” nəzərdə tutulur. Faydalı axmaqlar ifadəsini deyilənə görə Vladimir İliç Lenin siyasi leksikona gətirib.

Onları “faydalı axmaq” adlandırmaq bəlkə də bir qədər çətin olardı. Çünki onlar bilərəkdən və məqsədyönlü şəkildə əsl bolşevik mentaliteti ilə ölkəsinə və xalqına nifrət edən, düşmən kəsilən dairələrlə asanlıqla əməkdaşlığa gedir və onların diktəsi ilə nə əmr olunursa, onu edirlər. Necə ki, bolşeviklər çox asanlıqla Kayzer Almaniyası əməkdaşlıq edir, cəbhədə rus əsgərlərinin ölümü belə onları maraqlandırmırdı. 2016-cı ilin aprel döyüşlərini bütün Azərbaycan xalqı milli qələbə kimi qeyd edən zaman Arif Məmmədov və Emin Hüseynov eynən bolşeviklər kimi, ermənilərin məğlubiyyətinə kədərlənirdilər.

Sözügedən müzakirələrdə Arif Məmmədov və Emin Hüseynovun xüsusi canfəşanlıq göstərməsi indi tam şəkildə aydın olur. Mənəvi, siyasi və maddi baxımdan iflas olan bu marginallar öz cılız məqsədləri üçün Sorosla, onun Petras kimi onun əlaltıları ilə hər cür əməkdaşlığa hazırdırlar.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq dinamik surətdə inkişaf edir. Bu ilin iyulunda tərəflər arasında Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, Aİ tərəfindən birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, TAP layihəsinin icrasında irəliləyişlər görünür yenidən kimlərisə narahat etməyə başlayıb. Bu halda avtomatik şəkildə Avropa Parlamentində olan anti-Avropa siyasəti yürüdən siyasətçilər, onların əlaltıları işə salınır.

 1news.az

 

 

Paylaş:
485

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər