Azərbaycan dilini düzgün bilməyən müğənnilər - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dilini düzgün bilməyən müğənnilər - ADLAR

16:25 - 19 / 10 / 2018
Azərbaycan dilini düzgün bilməyən müğənnilər - ADLAR

Musiqiçilərin dilində ən çox pozuntu dialektlərin işlədilməsidir. Bununla yanaşı, sözlərin yazı qaydasına uyğun tələffüzü də aşkarlanan pozuntular arasındadır.

1news.az publika-ya istinadən xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva Musiqi ifaçıları və ədəbi dil normasının gözlənilməsi ilə bağlı monitorinqin nəticələrini təqdim edərkən deyib.

Onun sözlərinə görə, monitorinq nəticəsində musiqiçilərin qüsurlarının 13 faizi fərdi, 30 faiz yazı normasına uyğun tələffüz, 33 orfoepik normanın qanunlarına əməl edilməməsi, 57 faiz isə dialekt qüsurlarının saxlanılmasıdır. Bu səhvlərin hamısı eyni janrda üstünlük təşkil etmir. Dialekt əsasən rep, meyxana janrında təsadüf olunur.

N.Qazıyeva bildirib ki, estrada - pop, meyxana, aşıq musiqisi, muğam ifaçılarının dili monitorinqə cəlb edilib:

"Monitorinq zamanı müğənnilərin dilində əsasən tələffüz qaydalarına əməl etmədiyi aydın görünür. Müğənnilər elə düşünür ki, necə yazılıbsa, elə də tələffüz edilməlidir. Bunu bir çox müğənninin ifasında müşahidə edə bilirik. İlqar Sahil ifasında dialekt şivələrə rast gəlinir. O, əsasən Bakı dialektlərindən istifadə edib.

Muğam ifaçısı Elnarə Abdullayeva sözləri bəzi hallarda Şirvan ləhcəsində tələffüz edir, Aşıq Telinin ifasında dialekt, aşıq Əlinin ifasında intonasiya pozuntusu və dialekt sözlərə rast gəlinir. Müğənni Eyyub Yaqubovun ifasında isə Bakı ləhcəsində tələffüzə rast gəlinib".

N.Qazıyeva bildirib ki, həm aparıcı, həm musiqiçilərimiz sözün sonunda samit cingiltili olsa ondan sonra samit və ya samitlə başlanan söz gəlsə də cingiltili tələffüz edilir:

"Halbuki, bu halda cingiltili samit kar kimi tələffüz edilməlidir. Bu, həm də musiqiçi üçün də zərərlidir, boğaz həddən artıq yüklənir. Məsələn, müğənni Röyanın ifasında bu hala rast gəldik. Brilliant Dadaşova, Zülfiyyə Xanbabayevanın ifasında söz sonluğunun pozulmasına rast gəlinir. Bu, orfoepik norma baxımından da doğru deyil. Musiqiçilərin ifasında artikulyasiya pozuntulara da rast gəldik. Onu da xüsusi olaraq vurğulamalıyam ki, bu problem fərdidir, onu aradan qaldırmaq mümkündür. Bu pozuntulara yol verənlər öz nitqində bu qüsuru eşidirsə, onu düzəldə bilər. Müğənni Üzeyirin ifasında bu pozuntuya daha çox rast gəlirik, "c" samiti "ç" kimi tələffüz edilir. Müğənnilərin ifasında vurğu, intonasiya ilə bağlı da kifayət qədər qüsurlara rast gəlinir. Müğənni Şəbnəm Tovuzlu, Fədayə Laçın, aşıq Zülfiyyənin ifasında bu pozuntular müşahidə edilir".

1news.az

Paylaş:
519

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər