Azərbaycan terrorizm təhlükəsinin olmamasına görə regionda liderdir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan terrorizm təhlükəsinin olmamasına görə regionda liderdir

11:39 - 06 / 12 / 2018
Azərbaycan terrorizm təhlükəsinin olmamasına görə regionda liderdir

İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) hazırladığı “Qlobal terrorizm indeksi” adlı məruzədə Azərbaycan reytinqini üç pillə yüksəldərək 98-ci yerdə qərarlaşıb.

“Qlobal terrorizm indeksi” ölkədə “terrorizmin təsirini” əks etdirir və müxtəlif sosial-iqtisadi analizlər, eləcə də radikal cərəyanların meydana gəlməsi nəticəsində geosiyasi faktorlar əsasında təşkil edilir.

Qeyd edək ki, reytinqin birinci sıralarında terrorizm fəaliyyəti və terror təhlükəsi daha yüksək olan ölkələr dayanır, son sıralarda isə ən təhlükəsiz ölkələr yer alır. Azərbaycan 138 ölkə arasında 98-ci yerdə qərarlaşıb. Bu da ölkədə terorrizm təklükəsinin tamamilə olmamasını göstərir.

Bununlada Azərbaycan regionda liderlik əldə edib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə sıralanıb.

Reytinqdə ilk “üçlüyə” İraq, Əfqanıstan və Nigeriya daxildir. Rusiya 34-cü, ABŞ 2-ci, Almaniya 39-cu, Fransa isə 30-cu yerdə sıralanıb.

Siyahıda Ukrayna 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Molodova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belorus isə 138-ci yerdə qərarlaşıb.

Hesabatın müəllifləri qeyd edirlər ki, terrorçuların əlində öldürülən insanların sayı ardıcıl üçüncü ildir azalır. Əsas səbəblərdən biri kimi isə İŞİD terror qruplaşmasının İraq və Suriyada zəifləməyə davam etməsi göstərilir.

Belə ki, Suriyada terrorçular tərəfindən öldürülən insanların sayı 2016-cı (2,1 min nəfər) müqayisədə 2017-ci ildə demək olar, iki dəfə azalıb - 1,1 min nəfər. İraqda isə analaji müqayisə, təxminən, 9,8 min ölümdən təqribən 4,5 minə düşüb.

Hesabatda göstərilir ki, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib. Bu, bir il əvvəlki göstəricidən 42% azdır. Dünyanın 67 ölkəsində insan itkisi ilə nəticələnən terror aktları törədilib.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
737

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər