Azərbaycanın enerji qənaəti sahəsindəki ilk addımları: həvəsləndirmə, çətinliklər və perspektivlər - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın enerji qənaəti sahəsindəki ilk addımları: həvəsləndirmə, çətinliklər və perspektivlər - FOTO

10:20 - 14 / 01 / 2019
Azərbaycanın enerji qənaəti sahəsindəki ilk addımları: həvəsləndirmə, çətinliklər və perspektivlər - FOTO

Azərbaycan enerji ehtiyatlarının mövcudluğu ilə heç bir problem ilə üzləşmir: ölkə neft və qaz hasilatının hesabına daxili tələbatını tam ödəyir.

Enerjitəminetməsi meyarına görə Azərbaycan dünyada ən yüksək göstəricilərə nail olan ölkələrdən biridir: burada enerji resurslarının istehsalı daxili tələbatı düz 4 dəfə üstələyir. 

Bununla belə, ölkə daxilində enerji istehlakı da Avropa dövlətlərindəki göstəricilərdən qat-qat yüksəkdir ki, bu da mövcud ehtiyatların istifadəsinin aşağı səviyyədə olduğunu ğöstərir. Demək olar ki, enerji ehtiyatların nəhəng həcmləri boş yerə axıb gedir.

Məsələn, 2015-ci ili götürək: bu dövr ərzində ölkədə cəmi 14,3 Mtoe (neft ekvivalentində olan şərti yanacaq) istehlak olunmuşdur. Enerji istehlakının hesablanmasıyla, ildə adam başına 1,49 Mtoe düşür. Müqayisədə, bu miqdar Boeing 737-800 ilə Bakıdan Tehrana uçuş üçün kifayət edərdi. Bu rəqəmləri, Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən, Beynəlxalq Enerji Agentliyi gətirir.

Son illər Azərbaycanda artıq belə bir anlayış formalaşıb ki, iqtisadiyyatın sabit inkişafının zəmanəti təbii ehtiyatların rasional istifadəsinə arxalanır.

Son iki il ərzində bu istiqamətdəki işlər EU4Energy proqramı çərçivəsində aparılır ki. Bu proqram ölkədə enerji sektorundakı  islahatların və dayanaqlı enerji siyasətinin formalaşmasının dəstəyinə yönəlibdir. Büdcəsi 21 mln. avro olan proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və 2020 ilə qədərki dövrü əhatə edir.

Bu gün artiq Azərbaycanın enerji səmərəliliyi haqqında yeni qanun layihəsi hazirlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Milli fəaliyyət planının hazırlanmasını nəzərdə tutan bu sənəd sözügedən geniş sahədəki fəaliyyətin dəqiq mexanizminin tətbiqini nəzərdə tutub.

Bununla yanaşı, Azərbaycan mütəxəssisləri ölkədə enerji səmərəliliyi standartlarının tətbiqinin detalları ilə tanış olurlar. Belə ki, noyabrın sonunda Bakiya Avropa Komissiyasının TAIEX - Texniki yardım və məlumat mübadiləsi proqramının missiyası çərçivəsində enerji səmərəliliyi üzrə ekspertlər səfər etmişdirlər.

Azərbaycanın Energetika nazirliyi ilə birgə ölkənin profil qurumlarının mütəxəssisləri üçün iki günlük seminar keçirilmişdir.

Enerjinin ən böyük istehlakçısı - Mənzil sektoru

Ölkədə istilik enerjisinin əsas istehlakçısı mənzil sektorudur, hansının  ki ehtiyacları təbii qaz hesabına ödənilir. Demək ki, məhz o, enerji istehlakının enməsi potensialını özündə cəmləşdirir.

TAIEX-in ekspertləri Jerar Lipinski (Polşa) və Suada Mustaybeqoviç (Xorvatiya) mənzil sektorundakı enerji səmərəliliyi prinsiplərinin tətbiqi üzrə öz ölkələrinin təcrübələri ilə bölüşdülər.    

Onların sözlərinə görə, 15-20 il bundan əvvəl Avropanın cənubi-şərq ölkələrində enerji səmərəliliyi anlayışı bu gün Azərbaycanda olan qədər uzaq idi. İnsanlar bunların mahiyyətinə varmırdılar, çoxu isə bu barədə heç düşünmürdü.

"Biz genişmiqyaslı məlumat kampaniyası təşkil etdik", - Suada Mustaybeqoviç, Zaqrebdəki enerji səmrəliliyi və ətraf mühitin qorunması üzrə Fondun mütəxəssisi belə deyir.

"Nəticələr isə göz qabağında idi. TV-ə təkcə bir evin nümunəsində istilik sisteminin yeniləndirilməsi onu nə dərəcədə isti və rahat etdiyini görəndən sonra, insanlar bizə dayanmadan zəng vurmağa başladılar. Onlar, öz evlərində də bu cür imkanların mümkünlüyü və bu prosesin maliyyə dəstəyi ilə maraqlanırdılar".

Məsələn, köhnə televizoru yeni, yəni enerjieffektivli televizorla əvəz edərkən, siz daha çox enerji qənaət edə bilərsiniz. Sovet vaxtlarının "Rubini" 270 Vt -la işləyərkən, A ++ reytinqli müasir modellər cəmi 40-70 Vt-a yaxın işlədirlər. "İnsanlar bu məsələnin nə dərəcədə vacib olduğunu anlamalıdırlar. Bu anlayış olmadan, bütün başqa tədbirlərin lazımi qədər təsiri olmayacaq", - bunu qeyd edərək, Suada Mustaybeqoviç əlavə edir ki, bu gün Xorvatiyanın, demək olar ki, hər bir sakini enerji səmərəliliyi məsələlərinə maksimal dərəcədə diqqətlə yanaşır, çünki bunun elə özü üçün əlverişliliyini yaxşı başa düşür.

Evlərində istiliyi təmin etməklə yanaşı, kommunal xərclərin xeyli azalması da sakinlər üçün həvəsləndirici bir faktor ola bilər. Suada Mustaybeqoviçin sözlərinə görə, Xorvatiyanın mənzil sektorundakı enerji itkilərinin göstəricisini 50%-dən 80%-ə qədər azaltmaq mümkün olmuşdur. 

Enerji səmərəliliyi üzrə fondların yaradılması

Polşanın Milli araşdırmalar və inkişaf mərkəzinin eksperti Jerar Lipinski belə hesab edir ki, ölkəsində artıq 20 ildir fəaliyyət göstərən Termal müasirləşdirməyə və yenidənqurmaya yardım fondunun nümünəsini nəzərə alaraq, Enerji səmərəliliyinə yönələn tədbirlərə dəstək fondunnun yaradılması effektiv addım ola bilərdi.

Yaxşı təcrübə nümunəsi kimi Polşadaki ətraf mühitin qorunması və su ehtiyatlarin idarəedilməsi üzrə Milli fondun fəaliyyətini gətirmək olar, lakin onun əhatə dairəsi təkcə enerji səmərəliliyi məsələləri ilə kifayətlənmir.

"Fond, fiziki və hüquqi şəxslərin evlərinin, maşınlarının və başqa obyektlərinin enerji səmərəliliyi standartlarına cavab vermədiyinə görə ödənişləri hesabına doldurularaq, dövlət büdcəsi üçün yük kəsb etmir. Fondun vəsaitləri enerjiyə qənaət təşəbbüsləri layihələrinə yönəlir", - Jerar Lipinski belə deyir.

"Əslində, hər şey çox sadədir. Standartlara uyğunsuzluq nə qədər yuksəkdirsə, ödənişlər də bir o qədər çoxdur", - bunu qeyd edərək, ekspert əlavə edir ki, ölkəsi bazar iqtisadiyyatına keçdikdən sonra, 1989-cu ildə mənzil sektorundakı enerji sərfiyyatını 30-40% azaltmaq mümkün olmuşdur.

Buna oxşar - Enerji səmərliliyi və ətraf mühitin qorunması üzrə fond 2003-cü ildən Xorvatiyada da fəaliyyət göstərir. Həmçinin, ölkədə mənzil təsərrüfatında istilik sisteminin modernləşdirilməsi prosesinin asanlaşdırılması məqsədi ilə qanuna bəzi dəyişiklikləri qəbul olunmuşdur. Əvəllər yaşayış binasında istilik sisteminin modernləşdirilməsi tədbirləri sakinlərin 100%-nin razılığı ilə aparılırdırsa, indi bu rəqəm 51%-ə endirilib.       

Suada Mustaybeqoviç qeyd edir ki, Fond vətəndaşlara və dövlət birliklərinə istilik sistemlərinin modernləşdirilməsi üçün vəsaitləri qrant şəklində, özəl şirkətlərə isə 2 illik komissiyasız kredit şəklində ayırır. Subsidiyaları almaq üçün tələb olunan əsas sənəd - konkret binanın enerji auditi üzrə rəyidir.

TAIEX-in ekspertləri deyirlər ki, belə fondların fəaliyyət xırdalıqları, mövcud reallıqlar və tələbatlardan asılı olaraq, hər bir ölkədə fərqli ola bilər.

Məsələn, Azərbaycanda artiq özündə neft sənayesindən olan gəlirləri cəmləşdirən Neft fondunun mövcudluğunu nəzərə alaraq, yenisinin yaradılmasına, bəlkə də, ehtiyac olmaya bilər, sadəcə bu fonddakı vəsaitlərin bir hissəsini enerji səmərəliliyi tələbatlarına yönəltmək olardı.

Ekspertlər vurğulayırlar ki, bu proses hərtərəfli və düşünülmüş yanaşma tələb edir, çünki uzunmüddətli perspektivdə ayrı-ayrı mənzillərin termal modernləşdirilməsi səmərəsiz ola bilər, və hətta binanın davamlılığına ziyan verə bilər.  

Lipinski qeyd edir ki, mənzil sektorunda enerji səmərəliliyinə yönəlmiş tədbirlərə keçidin ilk mərhələsində olan ölkə üçün əsas çətinlik lazımi işlərin aparılmasının maliyyə təminatı və ümumilikdə, bütün sxemin uyğunlaşdırılmış işindən ibarətdir.

"Problem müxtəlif qurum və şirkətlər arasında yeni məsuliyyət və vəzifələri düzgün paylaşdırmaq məsələlərində yarana bilər. Nəzərə alsaq ki, əvəllər bu cür fəaliyyətlə məşğul olan yox idi, ölkədə lazımi əlaqə və tərəfdaşlar da mövcud deyil. Deməli, bütün bunları sıfırdan başlamaq lazımdır", - Jerar Lipinski belə deyir.

Azərbaycanın mənzil sektorudakı vəziyyət

Azərbaycanda mənzil fondu, o cümlədən, köhnə və yeni binalarının çoxu, enerji effektivliyi baxımından tamamilə qeyri-səmərəlidir.

"Enerji qənaəti sahəsindəki dünya standartlarına tam və ya heç olmasa qismən cavab verə biləcək binalar, demək olar ki, mövcud deyil", - bunu BMTİP-in enerji səmərəliliyi üzrə layisininə cəlb edilmiş ekspert Nazim Məmmədov deyir.  

2013-2014-cü illərdə Aİ tərəfindən maliyyələşdirilən pilot layihələrdən birinin çərçivəsində Bakıda iki tip yaşayış binalarında keçirilən enerji auditi onu göstərdi ki, keyfiyyətli istilik izolyasiyası binaların istifadə etdiyi enerjini 50-70%-ni qənaət edə bilərdi.

Bu, binaların birində - sovet tipli "doqquzmərtəbədə" enerjinin illik istehlakının hər bir kvadrat metrə 208-210 kVt/saatdan 102-105 kVt/saatda qədər azalması demək idi.

Bu gün Azərbaycanda yalnız ayrı-ayrı yaşayış və ictimai binalarda termik izolyasiyası üzrə pilot layihələr icra olunur. Belə ki, 2017-ci ildə BMTİP-nın layihəsi çərçivəsində Sumqayıtda və Bakının iki qəsəbəsində Dövlət Neft Şirkətinin - SOCAR-ın 6 xidmət binası modernləşdirilmişdir. Bu binalarda enerji sərfiyyatını 30% azaltmaq mümkün olmuşdur. Çexiya Respublikasının səfirliyi tərəfindən həyata keçirilən başqa bir pilot layihəsi bu yaxınlarda Şamaxa tərəfdə yerləşən kənd məktəblərinin birində başa çatmışdı. Orada enerji sərfiyyatının azalması 50% təşkil etmişdir.

Nazim Məmmədovun sözlərinə görə, son iki il ərzində bəzi özəl şirkətlər tikintinin gedişatında enerjiqənaətləndirici texnologiyaların istifadə etməsinə üstünlük verir, lakin belə binalar o qədər də çox deyil, və bütün tədbirlər nəticə etibarı ilə mənzilin maya dəyərinə təsir göstərir.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədovun dediyinə görə, Bakıda təkcə yaşayış binalarının xarıcı əhatə konstruksiyalarının istilikqorunma tədbirlərinin hesabına istilik enerjisini 45-55% qənaət etmək mümkündür. İstilik, ventilyasiya, havanın kondisionerləşdirilməsi və isti su təchizatı sistemlərində isə enerjinin qənaət potensialının 35% cəmləşdirilmişdir.

Bununla yanaşı, digər spesifik arxitektur həllər də mövcuddur. Belə ki, bir birindən ayrı yerləşən binalar əvəzinə, bloklaşdırılmış binaların tikintisi enerji səmərəliliyini 10-12%, binanın korpusunun 12 metrdən 18 metrə qədər genləşdirilməsi - 10%, çox sıxlaşdırılmış tikintidə bir qədər aşağı mərtəbəlilik isə - 5%-ə qədər yüksəltməyə qadirdir.

Göründüyü kimi, üzərində işləniləsi məsələlər elə də az deyil. Və enerjinin qənaətinə yönələn tədbirlərin həyatə keçirilməsində həm Azərbaycan dövləti, həm də ölkəmizin vətəndaşları maraqındadır: birincisi - ona görə ki, enerjinin azad olunan həcmini ixraca yönəltmək mümkünlüyünə görə, bu da, sözsüz ki, çox gəlirli məsələdir; ikincilər isə - ona görə ki, hamı isti evdə yaşamaqla, buna daha az pul sərf etmək istəyir.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Enerji Strategiyası və Enerji səmərəliliyi haqqında qanun hazırlayır: əsas mahiyyəti nədən ibarətdir? - FOTO

Yelena Ostapenko

Məqalə EU4Energy təşəbbüsü çərçivəsində hazırlanıb.

Paylaş:
1518

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər