Azərbaycanın "İtkin düşmüş şəxslər" adlı qətnaməsi BMT-də qəbul edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın "İtkin düşmüş şəxslər" adlı qətnaməsi BMT-də qəbul edilib

16:42 - 18 / 12 / 2018
Azərbaycanın "İtkin düşmüş şəxslər" adlı qətnaməsi BMT-də qəbul edilib

2018-ci ilin 17 dekabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan tərəfindən irəli sürülmüş "İtkin düşmüş şəxslər" adlı qətnamə konsensusla qəbul edilib. 62 ölkə qətnaməyə həmmüəllif kimi qoşulub.

1news.az-a bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan tərəfindən iki ildən bir irəli sürülən qətnamənin əsas məqsədi dünyada silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarətdir.

Qətnamədə dünyanın bir sıra yerlərində silahlı münaqişələrin və bunun nəticəsində itkin düşmüş şəxslərin sayının artması ilə bağlı dərin narahatlıq ifadə olunur və qeyd edilir ki, itkin düşmüş şəxslər problemi onların ailələrinə böyük iztirablar gətirir və münaqişələrə son qoyulması sahəsində həyata keçirilən səylərə mənfi fəsadlar törətməkdə davam edir.

Qətnamə dövlətləri beynəlxalq humanitar hüququn müddəalarına hörmət və riayət etməyə, silahlı münaqişələr şəraitində itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlər həyata keçirməyə, o cümlədən beynəlxalq öhdəliklərinə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etməyə çağırır.

Sənəd itkin düşmüş şəxslərin ailələrinin əzizlərinin taleyi barədə məlumat əldə etmək hüququnu təsdiq edir, dövlətləri silahlı münaqişələr şəraitində itkin düşmüş uşaqların məsələsinə xüsusi olaraq diqqət yetirməyə çağırır.

Qətnamədə BMT baş katibinin BA-nın 75-ci sessiyasına (2020) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair praktiki tövsiyələrin də yer aldığı müfəssəl hesabat təqdim etməsi çağırışı yer alır.

1news.az

 

Paylaş:
324

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər