Baş Prokurorluq: Qırılmış əsas budaq sağlam olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Qırılmış əsas budaq sağlam olub

12:56 - 15 / 07 / 2019
Baş Prokurorluq: Qırılmış əsas budaq sağlam olub

Azərbaycan Respublikası Baş Prokurorluğu Şəki şəhərində ağacın qırılması nəticəsində baş verən hadisə barədə açıqlama yayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyulun 14-də saat 12 radələrində Şəki “Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilmiş, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilmiş, hadisə yerinə baxış keçirilmiş, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülmüş, mütəxəssislərin ilkin rəyləri alınmışdır.

Aparımış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşmüşdür.

Mütəxəssislərin ilkin rəyinə əsasən budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olmuşdur. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağmışdır.

İlkin müayinələrə əsasən müəyyən edilmişdir ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmamışdır. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilmişdir. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.

Hazırda araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
427

Son xəbərlər

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 13:54Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çeviriBu gün, 13:51Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - FOTOBu gün, 13:49DSMF Gəncədə ictimai dinləmə keçirəcəkBu gün, 13:36Kamaləddin Qafarov: “Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər”Bu gün, 13:14Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:11Tamstore marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start veribBu gün, 13:00
Bütün xəbərlər