Bəyanat: XİN rəhbərləri əhalinin sülhə hazırlanması tədbirləri üzrə razılığa gəliblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəyanat: XİN rəhbərləri əhalinin sülhə hazırlanması tədbirləri üzrə razılığa gəliblər

09:22 - 17 / 01 / 2019
Bəyanat: XİN rəhbərləri əhalinin sülhə hazırlanması tədbirləri üzrə razılığa gəliblər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı razılığa gəliblər.

1news.az xəbər verir ki, bu barədə Parisdə keçirilən görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilib: “ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparıb.

Həmsədrlər ayrı görüş keçiriblər, sonra isə nazirlərlə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edib. Bu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dördüncü görüşü idi”.

Bəyanatda qeyd olunur ki, Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi danışıqlara yekun vurub: “Həmsədrlər Yelisey sarayında qəbul edilib, orada onlar prezident Emmanuel Makronun əsas diplomatik müşavirlərinə məlumat veriblər.

İştirakçılar nazirlərə tərəflərin nəticələrə yönəldilmiş intensiv danışıqlara xidmət vəziyyətin qorunub saxlanılması üçün daim göstərilən səylərinə görə minnətdarlıqlarını bildiriblər.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir çox məsələni müzakirə ediblər əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər”.

Bəyanatda həmçinin qeyd olunur ki, görüş zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və parametrləri, həmçinin danışıqların dinamikasına güclü təkan vermək üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyü ilə bağlı növbəti addımları müzakirə ediblər: “Həmsədlər regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyini vurğulayıblar.

Həmsədrlər yaxın vaxtlarda iki ölkənin başçıları ilə görüşməyi planlaşdırır”.

1news.az

 

Paylaş:
465

Son xəbərlər

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb - FOTO - VİDEOBu gün, 15:39İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 15:17Mayın 15-dən MİQ üçün elektron sənəd qəbuluna başlanılacaqBu gün, 15:13Bolqarıstan prezidenti və birinci xanımın şərəfinə rəsmi nahar verilibBu gün, 15:11Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olubBu gün, 15:03Hərbçilərə növbəti dəfə daimi mənzillər verilib - FOTOBu gün, 14:49Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 14:34Sabah Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaqBu gün, 14:28Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirirBu gün, 14:18TƏBİB: Zaqatalada zəhərlənməyə görə gətirilənlərdən 32-si evə buraxılıbBu gün, 14:13“Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək” - PrezidentBu gün, 14:03Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıbBu gün, 14:02Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basıbBu gün, 14:01Prezident: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadırBu gün, 13:56
Bütün xəbərlər