Beynəlxalq təşkilatlar Mehman Hüseynovla bağlı qərarı alqışlayıblar | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq təşkilatlar Mehman Hüseynovla bağlı qərarı alqışlayıblar

13:18 - 23 / 01 / 2019
Beynəlxalq təşkilatlar Mehman Hüseynovla bağlı qərarı alqışlayıblar

Bir sıra beynəlxalq təşkilatlar azərbaycanlı bloqqer Mehman Hüseynova qarşı cinayət işinə xitam verilməsini alqışlayıblar.

1news.az xəbər verir ki, Avropa Parlamenti, ATƏT və AŞPA bununla bağlı rəsmi bəyanatlarla çıxış edib.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Desirin bəyanatında vurğulanıb:  "Mən Azərbaycan hakimiyyətinin Mehman  Hüseynova qarşı yeni ittihamın aradan qaldırılmasına dair qərarını alqışlayıram".

O qeyd edib ki, əvvəllər bu vəziyyətlə bağlı öz narahatlığını ifadə edib və Azərbaycanın xarici işlər nazirinə bununla bağlı məktub ünvanlayıb.

Öz növbəsində, ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelin bəyan edib:

"Mehman Hüseynova qarşı yeni ittihamın irəli sürülməsi narahatlıq doğurdu və mən hazırda bu işə xitam verilməsindən çox şadam. Mən onun işini yaxından izlədim və müntəzəm olaraq millət vəkilləri ilə, eləcə də Azərbaycan Prezidenti ilə söhbətlərdə bu məsələni diqqətdə saxladım. Prezident İlham Əliyev şəxsən bu məsələyə diqqət yetirməsindən məmnunam".

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Sacid Kərim isə bildirib ki, bu müsbət addımı tam şəkildə alqışlayır:

“Mən Mehman  Hüseynovun azadlığa buraxılmasını və ailəsinə qovuşmasını səbrsizliklə gözləyirəm”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl (Böyük Britaniya) və Ştefan Şennak (Avstriya) bəyan ediblər ki, "bu, kiçik, lakin düzgün istiqamətdə əhəmiyyətli bir addımdır”.

P.Sultanova

 

Paylaş:
600

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər