Duqin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın sərt addımlarından bəhs edib | 1news.az | Xəbərlər
Siyasət

Duqin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın sərt addımlarından bəhs edib

11:27 - 05 / 07 / 2018
Duqin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın sərt addımlarından bəhs edib

Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə 2016-cı ilin aprelində döyüşlər zamanı azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

1news.az konfranda iştirak edən Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin ilə müsahibə hazırlayıb:

- Xatırlayırsınızsa, biz 2017-ci ilin sentyabrında Moskvada görüşmüşdük. Həmin vaxt siz Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması planından bəhs etdiniz. Bu müddət ərzində nə dəyişib?

- Bütün çətinlik, sınaqlara baxmayaraq Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri hələ də davam edir. Rusiya və Azərbaycan dövlət başçılarının mövqeləri hesabına ölkələrimiz sadəcə müttəfiq deyil, bir sıra məsələlərdə – energetik, hərbi-strateji baxımından yaxınlaşdı.

İndi isə dəyişikliklərdən bəhs edim. İşğal olunmuş beş rayonun qaytarılması haqqında razılaşma üç ölkə – Ermənistan, Azərbaycan və Rusiya prezidentləri tərəfindən əldə edilib. Bu da Dağlıq Qarabağ probleminin həlli açarı idi. Həmçinin bununla Ermənistan müəyyən iqtisadi mənfəət əldə edəcəkdi.

Bütün bunların Ermənistanın sabiq prezidenti baş nazir olacağı təqdirdə həyata keçməli idi. Lakin o, baş nazir olmaq istədiyi müddətdə Qərbin təsiri ilə Ermənistanda hadisələr baş verdi. Bu da ölkədə hakimiyyət dəyişikliyinə səbəb oldu.

- Bütün bu güzəştlərin həyata keçməməsi Serj Sarkisyan tərəfindən “səhnələşdirilə” bilərdimi?

- Bunu deyə bilmərəm. Danışıqların nəzəriyyəri bəzən həqiqi, bəzən isə olamaya bilir. Bunun “səhnələşdirilmiş” olmasını deməyə heç bir əsasım yoxdur. Ermənistanda xalqın iradəsi ilə hökumət dəyişikliyi baş verib. Paşinyan Qarabağ problemi və Azərbaycanın beş rayonunun qaytarılması razılaşmasını sıfırlayıb. O, qeyd edib ki, hər şeyi sıfırdan başlamaq lazımdır.

Əgər Azərbaycanın başında İlham Əliyev kimi müdrik siyasətçi dayanmasaydı, bütün bunlar Ermənistanla münasibətlərin gərginləşməsinə gəirib çıxara bilərdi. Çünki Azərbaycan hazırda vəziyyəti güclü şəkildə dəyişmək imkana sahibdir və Rusiyaya qarşı iddialar qaldıra bilərdi. Lakin Bakı heç bir iddia qaldırmayaraq əməkdaşlığı davam etdirir.

- Cocuq Mərcanlıda keçirilən “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı konfrans nəyi ifadə edir?

- Konfransın adı Azərbaycanla razılaşdırılıb. Bu da Azərbaycan rəhbərliyinin problemin sülh yolu ilə həllində Rusiyanın əhəmiyyətini yaxşı anlamasından irəli gəlir. İddialar əvəzinə Bakının xoşməramlı iradasini görürük. Bu da Rusiya tərəfindən yüksək dəyərləndirilir.

 

- Rusiyanın Ermənistana təzyiq göstərmək imkanı varmı?

- Ermənistanın bu razılaşmalara əməl etməsi üçün Rusiyanın müəyyən alətləri var. Bunu Paşinyan istəsə də, istəməsə də, o fərd olaraq deyil, Rusiyanın sistem öhdəliklərində olan Ermənistanı təqdim edir. Rusiya Ermənistanın bir çox iqtisadi və enerji məsələlərini  həll edir. Müəyyən mənada asılılıqlar da var.

Beş rayonun qaytarılması bu, ticari məsələ deyil, müərəkkəb münaqişə vəziyyətinin açılmasıdır. Bu rayonlar Ermənistana deyil, Azərbaycana məxsusdur. Bakı tərəfindən bu, humanist addımdır. Belə ki, Azərbaycan beş deyil, yeddi rayonun qaytarılmasını tələb edə bilər. Lakin sülh prosesi üçün beş rayonun qaytarılması məsələsi dayanır.

Əlbəttə ki, ermənilər rayonların qaytarılmasını Qarabağın tanınması əvəzinə planlaşdırmışdı. Hazırda Rusiya da daxil olmaqla, heç bir dövlət Dağlıq Qarabağı bir səbəb görə tanımır – orada etnik təmizlənmə gedib.

- Ermənistanda vəziyyət necə olacaq? Paşinyan da Saakaşvili kimi qərbyönümlü inkişaf yolunu seçə bilər?

- Qərb istiqamətində getmək olar, lakin bu, yaxşı nəticələnməyəcək. Postsovet məkanında Qərb tərəfə istiqamətlənmə ərazi bütövlüyü baxımından yaxşı nəticələnmir. Rusiya hər zaman postsovet məkandakı bütün dövlətlərin ərazi bütövlüyüyün təminatçısıdır. Hər bir ölkəni ərazi problemi var.

Güclü Rusiya sülh, dostluq və dəstəkçi rolunda çıxış edərək öz müttəfiqlərinin təminatçısı kimi çıxış edir. Əgər Rusiyanın Suriya, İraq və Türkiyədəki rolunu nəzərə alsaq, görərik ki, ölkəmiz bir çox ölkələrin ərazi bütövlüyünün təminatçısıdır. Ermənistanın dənizə çıxşı yoxdur. Onların bütün iqtisadiyyatı Rusiyanın əlindədir.

Həmçinin Ermənistanın hərbi-strateji nəzarəti də Rusiyanın əlindədir, o hara gedə bilər?!  Gürcüstan Qərbə doğru getdi. Bəs Cənubi Osetiya və Abxaziya hardadır? Yeni cəhd yaranarsa, daha da pis olacaq. Gürcü rəhbərliyi anladı ki, Rusiya ilə belə rəftar etmək, bu cür siyasətin davamı – intihardır.

Gürcüstan, Moldova,Ukraynanın baş nazirləri Ermənistanı bu cür addımlar atmağa qoymamalıdır. Rusiyanın mövqeyinə diqqətlə qulaq asmaq lazımdır. Putin rasional şəxdir, səmərəli faktlar gətirməklə onunla razılığa gəlmək olar. O, diktator deyil. Onun bütün addımları düşünülmüşdür.

Ermənistanın Qərbə yönəlməsi bəyannaməsi ilə ölkənin reallığı arasında nəhəng məsafə var. Rellıqda onlar bunu söyləyə bilər, amma həyata keçirə bilməz. Onlar öz dövlətlərinin coğrafi məkanın dəyişə bilməz. Onlar rusların dominantlıq təşkil etdiyi məkandadırlar.

- Nə üçün Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə imkan verdi?

- Çünki Rusiya demokratik ölkədir. Rusiyanın başqa dövlətin işinə qarışmaqda ittiham etmək əsassızdır. Bu, erməni xalqının işidir. Biz bu prosesləri olduğu kimi qəbul edirik. Buna imkan verdik. Lakin strateji maraqlarımıza qarşı münasibətlərə isə imkan verməyəcəyik.

Qarabağ probleminin gələcək həlli ilə bağlı mövqeyimiz daha sərtdir. Sevindirici haldır ki, Azərbaycan müdriklik göstərir. Rusiya ilə yaxınlaşmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını həlli də yaxınlaşır.

- Belə bir fikir var ki, Rusiyanın XİN rəhbəri Serqey Lavrov erməni köklərinə əsaslanaraq erməni lobbisinin maraqlarına xidmət edir və Rusiyanın milli maraqlarına qarşı çıxış edir?

- O, Rusiyanın  milli maraqlarına qarşı çıxış edə bilməz, çünki o XİN rəhbəridir. Onun etnik mənsubiyyəti fəaliyyətinə təsir edə bilməz. O, prezidentin siyasi kursunu davam etdirir. Lavrov etnik köklərinə deyil, Rusiya maraqlarına xidmət edir. Lavrovun strateji xətlərə təsir edə bilməz, bu, prezidentin səlahyyətindədir.

Münaqişənin nizamlanmasında gedən ləngimə Rusiyanın bu problemi maksimal dərəcədə sülh yolu ilə həllinə can atmasından irəli gəlir. Lakin hazırda fərqli vəziyyət yaranıb. Düşünürəm ki, Rusiya bir sıra məsələlərdə daha qərarlı addım atacaq.

Tərcümə: S.Xankişiyeva

Maksim Şevçenko Rusiyadakı azərbaycanlı milyonçulara müraciət edib

 

Paylaş:
738

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər