Elmin İnkişafı Fondu beynəlxalq qrant müsabiqəsi elan edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Elmin İnkişafı Fondu beynəlxalq qrant müsabiqəsi elan edib

12:14 - 22 / 10 / 2018
Elmin İnkişafı Fondu beynəlxalq qrant müsabiqəsi elan edib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi elan edib.

Fondun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müsabiqə çərçivəsində 2 alt-müsabiqənin keçirilməsi nəzərdə tutulur:

1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsi (Elmin İnkişafı Fondu və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası ((Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu – TÜBİTAK) tərəfindən birgə təşkil olunmaqla);

“Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi (Elmin İnkişafı Fondu tərəfindən təşkil olunmaqla).

1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislərin təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Məlumata görə, müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

“Azərbaycan və Türk Dünyası” tədqiqatları qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, türkdilli ölkələrə qarşı törədilmiş soyqırımlar, Xocalı soyqırımı, erməni diasporunun məkrli fəaliyyəti, iddiaları, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial və tibbi problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir.

Həmçinin türk dünyası ölkələrinin maddi və qeyri-maddi irsinin tədqiqinə həsr olunmuş, türkdilli xalqların mənşəyi, genetik spesifikliyi, milli tərkibi, demoqrafik vəziyyəti, ümumtürk mifologiyası, eposları, yazılı ədəbiyyatı, əlyazmaları, leksikası, maarifçilik və bilik fəlsəfəsi, sosiologiyası, abidələri, islam mədəniyyətinin, türk dünyası ölkələrinin geosiyasi problemləri, iqtisadiyyatı, tarixi, davamlı inkişafı və inteqrasiya prosesləri, ekoloji, tibbi, bioloji və aqrar problemləri əhatə edən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri də müsabiqə yolu ilə dəstəklənəcək.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200 000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri 2018-ci il noyabrın 1-dən 2019-cu il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin 2019-cu ilin 2-ci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə 2019-cu ilin 1-ci yarısında açıqlanması planlaşdırılır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı Fondun http://www.sdf.gov.az/ internet səhifəsindən əldə etmək mümkündür.

1news.az

Paylaş:
685

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər