Ermənistan İrana qarşı ABŞ planına qoşulub – Mübariz Əhmədoğlu | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan İrana qarşı ABŞ planına qoşulub – Mübariz Əhmədoğlu

11:01 - 20 / 05 / 2019
Ermənistan İrana qarşı ABŞ planına qoşulub – Mübariz Əhmədoğlu

RF elmi-tədqiqat “Ali iqtisadiyyat məktəbi” universitetinin professoru Oleq Matveyçev Ermənistan mətbuatına verdiyi müsahibədə Ermənistanı ABŞ-ın əlində İrana qarşı alət kimi təqdim etdi.

O.Matveyçevin sözlərində bizim üçün qeyri-adi heç bir şey yoxdur. Ermənistan İrana qarşı xüsusilə ABŞ tərəfindən alət kimi istifadə olunub. Ermənilər İranın daxilində ABŞ-ın xeyrinə casusluqla məşğul olurlar. Hətta ABŞ vətəndaşı olan erməni qadın bir neçə dəfə İrana gəl-get etdikdən sonra sərhəddə saxlanıldı. ABŞ-ın Ermənistanda Vorotan Su Elektrik Stansiyasını almaqda məqsədi də məhz İran ərazisində casusluq həyata keçirən qurğuları yerləşdirmək idi.

Ermənistanda İran rəsmilərinin ABŞ-a müraciəti ilə bağlı konkret adlar və ərizələr var. Bir sıra İran rəsmiləri Ermənistan vasitəsilə ABŞ-dan Qrinkart və yaxud digər sənədlər alıblar, ailə üzvlərini ABŞ-da yaşamağa göndəriblər. Bu mənada Ermənistanın ABŞ-ın əlində İrana qarşı alət olması heç bir təəccüb yaratmır. O.Matveyçevin sözü də mötəbər fikirdir. Çünki Matveyçev  özü Moskvada Amerikanın təsis etdiyi, maraqlarına uyğun olan ali məktəbdə işləyir. Eləcə də onun həyat yolu eynilə RT kanalının rəhbəri Marqarita Simonyanın siyasi həyat yolu kimidir. Hər ikisi Amerikapərəst gənc kimi fəaliyyətə başlayıblar və Amerikanın bütün vacib proqramlarında iştirak edib, təhsil kurslarını keçiriblər. Sadəcə sonradan nəyinsə hesabına Amerikadan üz döndərib, Rusiyaya tərəf çevriliblər. Ona görə Matveyçev Amerikanın region siyasətinin, “məxməri inqilab” törətməyin incəliklərini bilən şəxsdir.

ABŞ Dövlət Katibinin müavinin yardımçısı C.Kentin regiona səfəri zamanı yalnız Ermənistanda müqavilə imzalandı. ABŞ-Ermənistan münasibətləri hal-hazırda ən minimum həddədir. Çünki Paşinyanı Amerika hakimiyyətə gətirsə də, o Rusiyanın maraqlarına işləyir. Amma N.Paşinyan görünür ABŞ-ın maraqlarına gizli işləməyə etibarlı təminatlar verdiyi üçün artıq ABŞ N.Paşinyana inanır və ona görə də maliyyə vəsaiti ayırmağa başladı.

ABŞ üçün Ermənistanın yerləşdiyi coğrafiyada ən aktual mövzu İran məsələsidir. C.Bolton gəldi, müəyyən söhbətləri apardı. Ermənistan tərəfi təkzib etsə də sonradan bəlli olur ki, ABŞ-ın əlində Ermənistanın anti-İran olmasına əsaslar var və ona görə ABŞ bundan istifadə edir.

N.Paşinyanın İrandan qayıdan kimi İsrailə 2 nümayəndə heyəti göndərməsi göstərir ki, Ermənistan özü İranın daxilində ABŞ-ın maraqlarına cavab verən iş aparmaqda həvəslə maraqlıdır. İsrail ABŞ-dan aldığı məlumatlar əsasında Ermənistanı İrana qarşı layihələrə cəlb edəcəyinə çox inanır. Yeri gəlmişkən Aİ-nin son tədbirində də Ermənistana verilən dəstəyin arxasında ola bilər ABŞ-dan gələn siqnal dayansın. ABŞ Aİ-yə Ermənistanın anti-İran layihələrdə iştirak etməsi ilə təsir edə bilər; hələki Dağlıq Qarabağ məsələsində Ermənistanın maraqlarına zidd olan addımlar atılmasın.

ABŞ-ın Ermənistanda qurduğu casus şəbəkə və Ermənistan vasitəsilə ABŞ-la əlaqə qurmaq yolunda olmuş rəsmilərin fəaliyyəti İran üçün ciddi nəticələr yarada bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
525

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər