Fransa Qarabağ münaqişənin danışıqlar yolu ilə həllinə sadiqdir
ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması öhdəliyinə sadiqdir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian Parisdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdə deyib.
Nazirlər Ermənistan və Azərbaycan arasındakı son təmasları müzakirə ediblər.
Xatırladaq ki, aprelin 16-da Moskvada Rusiya xarici işlər nazirinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.
P.Sultanova
370