Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

16:20 - 04 / 03 / 2019
Gövhər Xanhüseynovanın şirniyyat evi: hər şey öz gücünə inanmaqdan başlayır – FOTO

Azərbaycanın Biləsuvar rayonundan olan Gövhər Xanhüseynova həmişə şirniyyat bişirməyi xoşlayıb.

O, ailəsi, tanışları üçün sifarişlər qəbul edərək, bişirdiyi şirniyyatları yerli mağazalara da paylayırmış. Lakin öz işini başlaması üçün ona qorxu və əminsizlik mane olurdu. Gövhər qorxurdu ki, birdən tutduğu iş alınmaz. 

2016-cı ildə regionda Qadın Resurs Mərkəzinin açılışından xəbərdar olan kimi o, dəstək üçün buraya müraciət edir. Mərkəzdə bir sıra treninqlərdən – mühasibatlığın əsasları, hüquq işi, kiçik biznesin aparılması, həmçinin özünəqiymətin artırılması ilə bağlı psixoloji treninqlərdən də keçir.

Mərkəz vətəndaş cəmiyyətinin rolunu artırmaq və gender bərabərliyini gücləndirmək üzrə layihə çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə keçirilib. 

Burada iştirak üçün patriarxal dəyərlərin daha güclü olduğu Azərbaycanın cənub sərhədindəki regionlar seçilib.

“Məşğələlərin birində bizlərə evdar qadından məktub oxudular. Məktubda sanki mənim yaşadığım həyəcanlar, fikirlər və hisslər yazılmışdı. Bu görüşdən öz işimi quracağam və məndə hər şey alınacaq fikirləri ilə özümə tam əminliklə çıxdım”, – Gövhər fikirlərini paylaşır. 

Layihənin maliyyə dəstəyi çərçivəsində qəhrəmanımız şirniyyat evini açaraq, buranı nəvəsinin şərəfinə “Mələyim” adlandırır.

Martın 4-də müəssisənin bir ili tamam olur. Bu müddətdə istehsalatın həcmi beş dəfə artıb. Gövhər iki köməkçisi ilə birlikdə demək olar ki, həftənin bütün günləri çalışır.

“Əgər əvvəllər gün ərzində 5 kiloqram un istifadə edirdiksə, indi 20 kq, bəzən isə 25 kiloqrama qədər undan istifadə edirik. Yeni il bayramı ərəfəsində hər gün 50 tort bişirirdik”, – şirniyyat evinin sahibəsi danışır.

Burada hər gün 30 növdə şirniyyat məmulatları hazırlanır. Daha çox milli şirniyyatlardan – paxlava, şəkərbura və qoğala – tələbat var.

Həvəslə dolu Gövhər Xanhüseynova biznesini inkişaf etdirmək niyyətindədir. Onun yaxın gələcək planlarında – şirniyyat evini qadınlar üçün kiçik kafeyə çevirməkdir. Məkan bunu etməyə imkan verir. Həmçinin rayonda qadınlar üçün bu cür məkana böyük tələbat var.

“Bacarıq və qabiliyyətlərinizdən cəsarətlə istifadə edərək, onları inkişaf etdirməyə çalışın. Maliyyə baxımından müstəqil olmağınıza heç nə mane olmasın”, – bu gün belə fikirlərlə Gövhər xanım Azərbaycanın bütün regionlarındakı qadınlara səslənir. 

Yelena Ostapenko

Bu məqalə EU Neighbours east layihəsi çərçivəsində hazırlanıb.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2616

Son xəbərlər

“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıbBu gün, 18:07“Barselona” prezidenti BakıdaBu gün, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölübBu gün, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı veribBu gün, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqlarıBu gün, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTOBu gün, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdüBu gün, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTOBu gün, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşübBu gün, 15:1420 yaşlı qadın körpəsini itirdiBu gün, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edibBu gün, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTOBu gün, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05
Bütün xəbərlər