Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya göndərilən uşaqla bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya göndərilən uşaqla bağlı AÇIQLAMA

16:05 - 15 / 08 / 2018
Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya göndərilən uşaqla bağlı AÇIQLAMA

Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.

1news.az-ın verdiyi xəbərə görə, bunu Unikal.org-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.Şöbə müdirinin sözlərinə görə,uşaq alman deyil:

"Azərbaycanlı ailənin övladı idi. Onlar Almaniyada yaşayırlar. Sadəcə bir neçə gün öncə Hacıqabula qonaq gəliblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları məhv etmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib. Əgər qalsaydı iki günə evə buraxacaqdıq”.

Azər Maqsudov əlavə edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:

"Uşağın səhhəti normal olub, həyatı təhlükəsi yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparmaq qərarını verdi”.

S.Xankişiyeva

 

Paylaş:
589

Son xəbərlər

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19
Bütün xəbərlər