Heydər Mirzə: Azərbaycan Ordusu “ermənilərin yenilməzlik əfsanəsini” puç etdi – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Heydər Mirzə: Azərbaycan Ordusu “ermənilərin yenilməzlik əfsanəsini” puç etdi – VİDEO

12:35 - 05 / 07 / 2018
Heydər Mirzə: Azərbaycan Ordusu “ermənilərin yenilməzlik əfsanəsini” puç etdi – VİDEO

Hərbi parad – güc və qüdrətin göstəricisidir. Əsl güc isə döyüş meydanında göstərilir.

Azərbaycanın Ermənistan üzərində hərbi gücünün üstünlüyü sadəcə iyunun 26-da Azərbaycanın Silahlı Qüvvələr Günü deyil, 2016-cı ilin aprelində “dördgünlük müharibədə” və Naxçıvanda 2018-ci ilin mayında keçirilən “Günnüt əməliyyatında” özünü göstərdi.

Bu fikirlərini “İstiqlal” analitik qrupunun rəhbəri Heydər Mirzə bildirib.

“Hərbi ekspertlər müxtəlif ölkələrin gücünü hərbi paradla müqayisə etməməyə çalışır. Çünki hər bir ölkə paradda hərbi silah və texnikasını nümayiş etdirərək, özünü yaxşı tərəfdən təqdim etməyə çalışır. Mütəxxəsislər isə müqayisəni faktiki nailiyyətlərə əsaslandıraraq edirlər”, - bunu 1news.az-a verdiyi müsahibəsində H.Mirzə bildirib.

Regional təhlükəsizlik və Cənubi Qafqazda münaqişələr üzrə mütəxxəsis olan H.Mirzə Azərbaycan Ordusunun 2016-cı ilin aprelində və bu ilin mayında Naxçıvandakı nailiyyətlərini faktiki uğur hesab edir.

Aprel döyüşləri 22 il atəşkəs dövrü ərzində ən irimiqyaslı döyüş olub. Döyüşün əsas nəticəsi Azərbaycan Ordusunun strateji əhəmiyyətli yüksəkliyi azad etməsi oldu.

Bu ilin mayında Naxçıvanda keçirilən hərbi əməliyyatlar zamanı 1990-cı ildə ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Azərbaycan torpağı azad edildi.  

 “Aprel döyüşlərindən sonra Naxçıvanda gedən hərbi əməliyyatlar zamanı erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərməyərək, postu qoyaraq qaçıblar. Çünki aprel döyüşü ilə Azərbaycan Ordusu “ermənilərin yenilməzlik əfsanəsini” puç etdi”, - deyə ekspert bildirib.   

Əgər Azərbaycanla Ermənistanın hərbi gücünü mayın 28-də Yerevanda (Respublikanın 100 illiyi mansibətilə), iyunun 26-da Bakıda (Silahlı Qüvvələrin 100 illiyi mansibətilə) keçirilən hərbi paradlarla müqaayisə etsək, H.Mirzə hesab edir ki, Azərbaycanın hərbi arsenalının alışını və Ermənistanın hərbi imkanlarının birtəfərliyi fərqləndirici faktordur:

“Ermənistandakı paradda yalnız Rusiya istehsalı silahları gördük. Azərbaycanda isə maraqlı vəziyyət yaranır. Rusiya silahlanmada əsas tərəf olsa da, paradda Türkiyə, İsrail, Belorus istehsalı olan hərbi texnika gördük”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun arsenalında yerli istehsal olan silah-sursatlar da var:

“Azərbaycan tərəfinin silahlanmada çoxşaxəliliyi bir təchizatçıdan asılı olmadığını göstərdi. Bu, çox vacib faktordur. Azərbaycan Ordusunun kəmiyyət və keyfiyyətini 5-6 ildə ciddi surətdə yüksəldib”.

Ekspertin sözlərinə görə, atəşkəs rejimi müddətində Ermənistanın ağır sosial-iqtisadi vəziyyəti ordusunun ciddi surətdə silahlamasına mane olub.

Serj Sarkisyanın bildirdiyi kimi, Azərbaycan tərəfi müasir silahlara sahibdir, Ermənistamda isə 1980-ci illərə məxsus silahlar var. Bunu eks prezident 2016-cı ilin aprel döyüşlərindən sonra bildirib.

Hələ ötən il erməni mətbuatının Rusiyanın ayırdığı kredit müqaviləsinə əsaslanaraq yazmışdı ki, Ermənistana satılmış silahların bir çoxu köhnədir. 

Nümunə üçün, “Lragir.am” nəşri aydınlaşdırıb ki, ən yeni alınmış silah növü “Solntsepyok” və “Smerc” yayılım atəşli raket sistemləridir.

“Birincisi – “Buratino” sisteminin 1987-ci il nümunəsinin 2001-ci il modifikasiyasıdır. İkincisi də – 1987-ci il sistemi olsa da, Ermənistana 2004-cü il modifikasiyalı 9М531 raketləri satılıb.

Bununla yanaşı, Azərbaycana satılan “Solntsepyok”lar isə tamamilə yenidir, dağ ərazilərində keçmək imkanına sahibdir. Belə ki, bu raketlər T-90 tanklarının bazasında istehsal edilib. Ermənistana satılanla isə T-72 köhnə tanklarının bazasında edilib”.

Həmçinin erməni tərəfinə satılmış hava müdafiə sistemi “İqla-S” və passiv radar sistemi “Avtobaza-M” həmin illərin istehsalıdır.

Qalan silahlar isə daha köhnədir. Misal üçün, tankəleyhinə vasitə “Konkurs” 1974-cü ilin istehsalıdır və sonuncu dəfə 1991-ci ildə yenilənib. RMQ-26 əl qumbaraları 1985-ci ildə modofikasiya edilib. Həmçnini Ermənistana göndərilən B-84 tank mühərrikləri (1966-cı il) və BMP UTD-20 (1984-cü il) mühərrikləri də çox köhnədir.

Həmçninin “Pansir-S”, S-300-PMU2 “Favorit”, tankəleyhinə “Xrizantema” və “Kornet”, özüyeriyən artilleriya sistemləri “Msta-S” və “Vena” və ya M-17, M-35 vertolyotları da yeni deyil...

Həmçinin yuxarıda sadalanan hərbi texnika Rusiyanın hərbi anbarlarında çoxdan çürüyüb və bu cür məhsulların satılması Rusiya tərəfi üçün olduqca uğurlu sövdələşmədir.

Müqayisə üçün qeyd edək ki, Ruisya Azərbaycana son illər 150 tank satıb ki, bunlardan 94-ü T-90S-lər dağ şəraiti üçün nəzərdə tutularaq 1000 at gücünə sahibdir. Həmçinin yeni növ BTR-80 və BMP-3 də satılıb.

Eləcə də, Azərbaycana satılan “Kornet” tankəleyhinə raketlər 1998-ci il istehsalı, özüyeriyən artilleriya sistemləri “Xrizantema-S” isə 2005-ci il istehsalıdır. Bu da Ermənistana satılan silah növlərindən xeyli müasirdir.

Kredit müqaviləsinə əsasən, Ermənistana heç bir uçan aparat – nə təyyarə, nə də vertolyot satılmayacaq. Məsələ burasındadır ki, 5 il öncə Rusiya Azərbaycana 1000-dən çox “İqla-S” hava hücumu əleyhinə raketlərlə təchiz edib.

Eləcə də, Azərbaycana 2009-cu il istehsalı olan S-300PMU2 “Favorit” zenit-raket kompleksinin 2 divizionu satılıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiə sistemi o qədər gücləndirilib ki, müharibə zamanı Ermənistan HHQ-nin tətbiqi mümkünsüz oldu. Həmçinin nəinki ön cəbhə, hətta Ermənistanın hava məkanın böyük hissəsi daha çox təhlükə altında qala bilər.

Qeyd edək ki, Ermənistana satılan 2010-cu ildə satılan və 1982-ci il istehsalı olan S-300PS Azərbaycana satılanlardan geridə qalır. Məsələ burasındadır ki, S-300PMU2 “Favorit” uzaqmənzilliliyi baxımında S-300PS-dən iki dəfə güclüdür. Belə ki, S-300PMU2 “Favorit”  hədəfə çatmaq üçün 6 dəfə qüvvətlidir və təyyarələri vurmaq gücünə sahibdir.

 “Təəssüflər olsun ki, bizə satılan “İqla-S” və ya “Avtobaza-M” hava məkanında disbalansı qoruya bilməyəcək. Belə ki, hər ikisi də güclərdə fərqi bir qədər azaldır”, – deyə erməni nəşri qeyd edir.

Ermənistanda 2018-ci ilin mayın 28-də keçirilən parad:

Hazırda Azərbaycan Ordusu döyüş və maddi-texniki baxımında Cənubi Qafqazda ən güclü hesab olunur. Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə Quru, Hərbi Hava və Hərbi Dəniz, eləcə də Hava Hücumundan Müdafiə qoşunları aiddir.

Raket sistelmlərinə Belorus istehsalı “Polonez” və İsrailin LORA kompleksi də daxildir.

Həmçinin Azərbaycanın hava-yer, MN-70 yayılım atəş sistemləri, “Qrad”, “Smerç”, “Qasırğa” reaktiv sistemlər, Amerika istehsalı  Bell-412 helikopterləri, ORBITER, HERON, HERMES, HAROP pilotsuz uçuş aparatları, Т72-м1, Т90-С tankları və digər hərbi texnikası var.

Təkcə paradda 240-dan çox hərbi texnika, gəmi, 70-dən uçuş vasitəsi, həmçinin yeni alınmış müasir silah və texnika – raketlər, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, vertolyotlar, pilotsuz uçuş aparatları nümayiş olundu.

2018-ci ilin iyununda Azərbaycanda keçirilən hərbi parad:

Heydər Mirzənin sözlərinə görə, erməni tərəfinin Dağlıq Qarabağı əlində saxlamaq üçün hərbi imkanları yoxdur. Ermənistanın daxilində baş verənləri nəzərə alsaq, onların əlində olan imkankar olduqca kövrəkdir.

Mövzu ilə əlaqədar oxuyun:

“Silahlanma xəstəliyi”: Ermənistan Azərbaycanla “silah yarışından” nə əldə edir?

Ermənistanı məyus edən “Polonez”lər haqqında beş fakt – FOTO – VİDEO

“Hər zaman, hər yerdə birlikdəyik”: türk mediası Bakıdakı paraddan yazıb – FOTO – VİDEO

Azərbaycanın hərbi gücü erməniləri cəfəng bəyanatlar arxasında gizlənməyə məcbur edir

Düşmən qorxu içində: Ordumuzun möhtəşəm paradı və genişmiqyaslı təlimləri erməniləri qorxuya salıb – TƏHLİL

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3563

Son xəbərlər

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıbBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32
Bütün xəbərlər