Hikmət Hacıyev Vaşinqtonda azərbaycanlı icma nümayəndələri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Vaşinqtonda azərbaycanlı icma nümayəndələri ilə görüşüb

17:25 - 11 / 06 / 2019
Hikmət Hacıyev Vaşinqtonda azərbaycanlı icma nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində paytaxt Vaşinqton və ətraf ştatlarda yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüşüb.

1news.az xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında təşkil olunan naharda icma fəalları, eləcə də azərbaycanlı elm və biznes nümayəndələri iştirak ediblər.

Palatanın icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonağı və icma nümayəndələrini salamlayıb, Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə təşkilatın dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib.

Hikmət Hacıyev azərbaycanlı icma nümayəndələri ilə görüşdən, eləcə də ABŞ-da yaşayan soydaşlarımızın Azərbaycanla sıx bağlılıqlarının olduğunu görməkdən məmnunluğunu ifadə edib. Şöbə müdiri bunun Vaşinqtonda və digər ştatlarda fəaliyyət göstərən Azərbaycan məktəbləri və təşkilatlarının fəaliyyəti, eləcə də icmanın aktiv üzvlərinin sosial media üzərində fəaliyyətləri ilə daha qabarıq görünməsinin xüsusi qürurverici hal olduğunu deyib.

Səfir Elin Süleymanov iki ölkə arasında münasibətlərin inkişafında azərbaycanlı icmanın rolundan bəhs edib. Azərbaycanın bu və ya digər sahədə tanınmasında, Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasında ABŞ-da yaşayan soydaşlarımızın əhəmiyyətli rolunun olduğunu bildirib.

Görüşdə icma nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, irəli sürülmüş təkliflər üzrə müzakirələr aparılıb.

1news.az

 

Paylaş:
845

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər