İlham Əliyev Monqolustan prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Monqolustan prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB

17:20 - 24 / 09 / 2018
İlham Əliyev Monqolustan prezidenti ilə görüşüb – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra dövlət başçılarının görüşü oldu.

Monqolustan Prezidenti Xaltmaaqiyn BATTULQA dedi:

-Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, güləşçilərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə enərkən təyyarədən görünürdü ki, siz çoxlu ağac əkmisiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gəncin idmana yiyələnməsi üçündür və bu, böyüyən nəslin tərbiyəsinə müsbət təsir göstərir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

Seçkilərdə qələbə münasibətilə məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.

Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, belədir. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüdoda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq.

Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, humanitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Paylaş:
759

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər