Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib

13:48 - 23 / 05 / 2019
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib

Londonda “Senate Publishing” çap evində nəşr edilən “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirdə Böyük Britaniya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Lordlar Palatasının üzvləri, BP və SOCAR rəsmiləri, Azərbaycanın Böyük Britaniyadakı səfiri, Birləşmiş Krallığın Azərbaycandakı səfiri, diplomatik korpusların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Böyük Britaniya Lordlar palatasının üzvü və “Senate Publishing” çap evinin sahibi Lord David Evans iki ölkə arasında mövcud səmimi münasibətlərin tarixindən danışıb. Həmmüəllifi olduğu “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu cür kitabların çap edilməsi Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin daha da möhkəmlənməsinə, gənc nəslin bu barədə daha da dolğun məlumat almasına xidmət edir. O, həmçinin qeyd edib ki, SOCAR-ın 7 ildir Böyük Britaniya parlamentində müxtəlif tədbirlər təşkil etməsi Azərbaycanın bu ölkədə güclü və uğurlu tərəfdaş kimi tanınmasında önəmli rol oynayıb.

Daha sonra layihənin həmmüəllifi, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti xanım Rəfiqə Hüseynzadə qonaqlara kitab haqqında məlumat verib və kitabın ərsəyə gəlməsində köməklik göstərən hər kəsə təşəkkür edib. Rəfiqə Hüseynzadə bildirib ki, bu kitab ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi və Azərbaycanın xaricdə təbliği işində gözəl bir vasitə olacaq.

Tədbirdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazovda çıxış edərək Azərbaycan-Böyük Britaniya münasibətlərindən bəhs edib. O, Prezident İlham Əliyevin Böyük Britaniyaya 2018-ci ildəki səfərini xatırlayaraq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Mərasimdə çıxış edən Böyük Britaniya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson iki ölkə arasında böyük tarixə malik dostluq münasibətlərindən söz açıb. Qeyd edib ki, Böyük Britaniya Azərbaycanda xüsusilə neft-qaz sahəsində ən böyük xarici investor olaraq qalır. Bu cür kitablar ölkələrimizin iqtisadi yaxınlaşması ilə yanaşı, mədəni bağlılıqlarının daha da dərinləşməsinə səbəb olur. Biz Azərbaycanın enerji tarixinin inkişafına töhfə verməkdən qürur duyuruq və Azərbaycanda və Xəzər regionunda təməlini qoyduğumuz güclü tərəfdaşlıqlara söykənərək bu uğuru davam etdirəcəyimizə ümid edirik.

BP-nin hasilat, transformasiya və minerallar üzrə əməliyyat direktoru Qordon Birell Azərbaycanda çalışdığı müddətdə qarşılaşdığı isti münasibətdən, insanların səmimiyyətindən və Böyük Britaniya–Azərbaycan münasibətlərinin inkişafından danışıb.

S.Xankişiyeva

Paylaş:
514

Son xəbərlər

Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34
Bütün xəbərlər