Mikayıl Cabbarov: Azərbaycanda yeni institut yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Azərbaycanda yeni institut yaradılacaq

14:56 - 13 / 07 / 2018
Mikayıl Cabbarov: Azərbaycanda yeni institut yaradılacaq

Vergilər Nazirliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK-Azərbaycan) birgə təşkilatçılığı ilə qurumun üzvləri və sahibkarlarla görüş keçirilib.

1news.az-a Vergilər Nazirliyindən verilən məlumata görə, “AHK-İmpuls” tədbirində vergilər naziri Mikayıl Cabbarov, Vergilər Nazirliyinin digər vəzifəli şəxsləri, AHK Azərbaycan rəhbərliyi və təşkilata üzv şirkətlər iştirak edib.

Tədbirdə çıxış edən “AHK Azərbaycan”ın icraçı direktoru Tobias Bauman Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında imzalanmış müxtəlif sənədlərin xarici investorların iqtisadiyyatın müxtəlif sahələrdə fəal iştirakına əlverişli şərait yaratdığını bildirib.

Qeyd edilib ki, ticarət dövriyyəsinin həcminə görə, hazırda Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 5-ci yerdədir. İqtisadi əlaqələrin möhkəmlənməsində “AHK Azərbaycan”ın fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

T.Bauman ölkəmizin vergi sistemində son dövrlərdə aparılan islahatlara diqqət çəkərək bu islahatların biznes və investisiya mühitinin yaxşılaşdırılması, vergi yükünün azaldılması və vergilərin optimallaşdırılması, vergi orqanları ilə sahibkarlar arasında münasibətlərin yeni müstəvidə qurulması və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Görüşdə M.Cabbarov “Biznesə yeni yanaşma” mövzusunda çıxış edib. Bildirilib ki, Vergilər Nazirliyi biznes nümayəndələri, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə açıq dialoqa və qarşılıqlı geniş fikir mübadiləsinə böyük əhəmiyyət verir:

“Palata hər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir, eyni zamanda, Vergilər Nazirliyi təşkilatla yaxşı platformaya çevrilmiş bu əlaqələrin biznes mühitinin yaxşılaşdırılması sahəsində səmərəli nəticələr verəcəyini gözləyir”.

Vergilər naziri bildirib ki, Prezident İlham Əliyev tərəfindən rəhbərlik etdiyi qurumun qarşısına vergi mühitinin cəlbediciliyinin artırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün optimallaşdırılması, vergi orqanlarında şəffaflığın təmin olunması istiqamətlərində mühüm vəzifələr müəyyənləşdirilib:

“Vergilər Nazirliyinin başlıca strategiyası dövlətin həyata keçirdiyi fiskal siyasətə uyğun olaraq vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilən vergilərin tam və vaxtında ödənilməsini təmin etməkdir. Müasir iqtisadi şərait, biznes mühiti, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər həm vergi ödənişlərinin təmin edilməsi, həm də vergi inzibatçılığının həyata keçirilməsi baxımından qarşıya yeni tələblər qoyur. Hazırda vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi və struktur islahatları həyata keçirilməkdədir, eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”.

M.Cabbarov bildirib ki, struktur islahatlarının ən vacib institusional yeniliklərindən biri yeni apelyasiya institutunun yaradılmasıdır:

“Bu struktur vergi orqanı ilə vergi ödəyiciləri arasında mübahisələrin ədalətli şəkildə həll olunması və şəffaflığın təmin olunmasına, vergi orqanlarından şikayətlərə obyektiv və vaxtında baxmaqla vergi ödəyicilərinin etimadının artırılmasına xidmət edəcək. İslahatların digər mühüm istiqamətlərindən biri vergi auditinin təkmilləşdirilməsidir. Bu məqsədlə yaradılmış audit departamenti yoxlama və nəzarət tədbirlərinin vahid mərkəzdən idarə olunması, yoxlamaların koordinasiyası, rəqəmsal texnologiyalara əsaslanan təkmil risk qiymətləndirilməsinin həyata keçirilməsi, yoxlamaların keyfiyyətinin artırılması, audit sistemin şəffaf, effektiv və keyfiyyətli qurulmasına imkan yaradacaq. Risklərin qiymətləndirilməsi meyarı vergi orqanı əsas fəaliyyət istiqamətlərindən olacaq”.

Nazir qeyd edib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin aparılması məqsədilə ixtisaslaşmış strukturlar yaradılıb:

"Yeni institusional struktur vergi siyasətini dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmış analitik potensial üzərindən qurulmasına yardım edəcək. Makro və mikro səviyyədə iqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması mümkün olacaq. Bu siyasət kiçik və orta sahibkarlığın dəstəklənməsinə, vergitutma bazasının genişlənməsinə, vergi mədəniyyətinin gücləndirilməsinə öz töhfəsini verəcək. Bildirilib ki, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vergi ödəyiciləri ilə əlaqələrin yeni müstəvidə qurulması aparılan islahatların əsas prioritetlərindəndir".

Vergi yükü ilə bağlı məsələyə diqqət çəkən vergilər naziri qeyd edib ki, fiskal dərəcələrin aşağı salınması, bəzi vergi dərəcələrinin optimallaşdırılması yolu ilə vergi yükünün azaldılması nəzərdən keçirilir: "Bu islahatlar qeyri-rəsmi məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, könüllü əməletmənin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək". M.Cabbarov yeni vergi sisteminin sahibkarlar üçün əvvəlcədən proqnozlaşdırıla bilən və şəffaf vergi mühitinin yaranmasına xidmət edəcəyini vurğulayıb.

Sonra tədbirdə qarşılıqlı maraq doğuran və iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Vergilər Nazirliyinin nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıblar.

S.Xankişiyeva

Paylaş:
574

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər