Millimiz yenə Malta ilə sülh bağladı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz yenə Malta ilə sülh bağladı – FOTO – VİDEO

09:50 - 15 / 10 / 2018
Millimiz yenə Malta ilə sülh bağladı – FOTO – VİDEO

UEFA Millətlər Liqasında IV tura start verilib.

1news.az-ın məlumatına görə, D liqasının 3-cü qrupunda mübarizə aparan millimiz də növbəti oyununa çıxıb.

Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Qurban Qurbanovun komandası ilk görüşdə 1:1 hesablı bərabərə qaldığı Malta yığmasını qəbul edib.

Xorvatiyalı baş hakim İvan Bebekin idarə etdiyi oyunda hesabı qonaqlar açıblar. Belə ki, Rouen Muskat görüşün 37-ci dəqiqəsində komandasını hesabda önə çıxarıb.

Birinci hissəsinin sonunadək hesab dəyişməyib.

Qarşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan millisi hesabı bərabərləşdirib. Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, ilk oyunda olduğu kimi Azərbaycan-Malta oyununda qalib müəyyənləşməyib – 1:1.

Qrupun digər oyununda isə Farer Adaları yığması Kosovo millisini qəbul edib və görüş 1:1 hesabı ilə başa çatıb. Qrupda bütün komandalar 1 xal qazandığından turnir cədvəlindəki mövqelərində dəyişiklik olmayıb.

Beləliklə, dörd turdan sonra hesabında 8 xal olan Kosovo turnir cədvəlinə başçılıq edir. Millimiz 6 xalla qrupda ikinci pillədə qərarlaşıb. Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir.

Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.

Millətlər Liqası

D liqası, 3-cü qrup, III tur

14 oktyabr

20:00. Azərbaycan - Malta - 1:1 
Qollar:
 Muskat, 37 (0:1), Araz Abdullayev, 53 (1:1)
Hakimlər: İvan Bebek, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki
Bakı Olimpiya Stadionu

20:00. Farer adaları - Kosovo - 1:1
Qollar: 
Raşiça, 9 (0:1), Yonsen, 50 (1:1)

Turnir cədvəli:

1.

Kosovo

4

2

2

0

6:2

8

2.

Azərbaycan

4

1

3

0

5:2

6

3.

Farer adaları

4

1

1

2

4:7

4

4.

Malta

4

0

2

2

4:8

2

1news.az

Paylaş:
604

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər