Mübariz Əhmədoğlu: Ermənistan Frankofoniyada əsas məqsədinə nail olmadı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Frankofoniyada əsas məqsədinə nail olmadı

10:50 - 19 / 11 / 2018
Mübariz Əhmədoğlu: Ermənistan Frankofoniyada əsas məqsədinə nail olmadı

Frankofoniyanın XVII beynəlxalq sammiti Yerevanda keçirildi. Fransa, Livan, bəzi Afrika ölkələrinin, Estoniyanın prezidentləri, Kanadanın və digər bəzi dövlətlərin baş nazirləri, o cümlədən xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak etdi. XVII beynəlxalq Frankofoniya sammiti “Birlikdə yaşayaq” devizi ilə keçirildi. Sammitdə hər şey əvvəlcədən təşkilatçıların hazırladığı plan üzrə reallaşdı. Xırda-para qüsurlar elə də təsirli olmadı.

Frankofoniyada Ermənistanın əsas məqsədi özünü Azərbaycana bərabər göstərmək idi: Ermənistanda da Azərbaycanda olduğu kimi iri miqyaslı beynəlxalq forumlar keçirilir. Azərbaycanda beynəlxalq forumlar ənənə halındadır. Bakı dünyanın problemlərini həll edən mərkəzə çevrilib. Ermənistanın bir tədbirlə buna nail olması mümkün deyil.

Ermənistanın arzuladığı ssenari baş tutmadı və buna görə də Frankofoniya sammitindən Ermənistanın gözləntiləri alınmadı.

Bunun bir neçə səbəbi və ya faktoru üzərində dayanmağı faydalı hesab edirik:

ı. Sammiti Ermənistanın xarici işlər naziri E.Nalbandyan Yerevana gətirmişdi. E.Nalbandyanın Fransada səfir işləməsini nəzərə alsaq, o, bu istiqamətdə bacarıqlı idi. Yalan danışmaqda, aldatmaqda E.Nalbandyanın xüsusi istedadı var idi. Ona görə E.Nalbandyanın qarşısına qoyduğu effekti yeni hökumət rəsmiləri ala bilməzdi.

ıı. Ermənistanda siyasi xaos da öz təsirini göstərdi. Sammitə 2-3 gün qalmış xarici ölkə səfirləri Frankofoniyanın keçirilmə ehtimalı barədə narahatlıq bildirdilər.

ııı. Frankofoniya sammitinin tərkib hissəsi olaraq iqtisadi forum keçirildi. İqtisadi forumda Ermənistan üçün faydalı ola biləcək heç bir təklif səslənmədi. Ermənistan tərəfi də belə ideya da ortalığa qoya bilmədi.

ıv. Frankofoniyanın əsas devizi olan “Birlikdə yaşayaq” şüarı Ermənistan üçün bütün prizmalardan yaddır:

- Ermənistanın bütün qonşularına ərazi iddiası var. Frankofoniyadan təxminən 1 ay öncə Yerevanda metro stansiyalarının girişində asılan xəritələr bunun əyani misalıdır. Başqa sözlə, Ermənistan qonşuları ilə birlikdə yaşamağa hazır deyil.

- SSRİ dağıldıqdan sonra Ermənistan hətta rusları da öz ölkəsindən qovaraq monoetnik və monokonfensional dövlətə çevrildi. “Birlikdə yaşayaq” şüarı Ermənistanın daxilinə də tətbiq oluna bilmir.

- Ermənilər tarixən onlara sığınacaq vermiş azərbaycanlılara qarşı da “Birlikdə yaşayaq” şüarının ziddinə münasibətin müəllifidir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal etdilər. Xocalı soyqırımı və işğal olunmuş ərazilərdən azərbaycanlıların deportasiyasını törətdilər.

- Ermənistan rəhbərliyi “ermənilərlə azərbaycanlıların birgə yaşayışının qeyri-mümkünlüyü” barədə irqçi seqreqativ və faşist nəzəriyyəsinin müəllifidirlər. Bu da “Birlikdə yaşayaq” devizi ilə daban-dabana ziddir.

1. Frankofoniya sammitinin sənədləri Ermənistan mətbuatında təbliğ olunmadı. Yalnız ümumi məlumat yayıldı. Gürcü mətbuatına istinadən münaqişələrin beynəlxalq hüquq normaları əsasında və dinc yolla tənzimlənməsinə dair maddələr var. Həm Dağlıq Qarabağ, həm də “erməni soyqırımının” tanınması mövzusunda Ermənistan istədiyinə nail ola bilmədiyi üçün bu sənədlərə etinasızlıq nümayiş etdirir. Bu, xüsusən Dağlıq Qarabağ mövzusunda Ermənistanın yalanlarının yerimədiyinin etirafı kimi də qəbul edilə bilər.

vı. Fransa prezidenti E.Makron Ermənistana səfərini ciddi korreksiya etdi. Sammitdə iştirakdan əvvəl Ermənistana rəsmi dövlət səfəri etməli olan E.Makron səfərin rəsmi statusundan imtina etdi, sammitdə iştirakla kifayətləndi. Bu addıma N.Paşinyanın siyasətindən narazılıq kimi baxırıq. Çox güman ki, E.Makron ABŞ-ın da mövqeyini bildiyi üçün belə addım atdı. Son vaxtlar Avropa liderləri içərisində ABŞ-la ən intensiv əlaqədə olanı E.Makrondur.

E.Makron Ermənistanın yeni tarix yaratdığını etiraf etsə də, N.Paşinyan barədə fikirlərini açıqlamadı. Jurnalistin sualını cavabsız qoydu.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
396

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər