Nəcməddin Sadıkov NATO-nun toplantısında – FOTO
Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində NATO-nun mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli dəstək” missiyası formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.
1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri üçün təlim, dəstək və məsləhət məqsədilə NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli dəstək” missiyasının əməliyyat şəraiti və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb, həmçinin, 2019-cu il və sonrakı dövrlərlə bağlı fikir və tövsiyələr dinlənilib.
S.Xankişiyeva