Politoloq: Ermənistan ərazisinin türklərə məxsusluğunu etiraf edən rəsmi Yerevan bunu sövdələşmə predmetinə çevirib | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Ermənistan ərazisinin türklərə məxsusluğunu etiraf edən rəsmi Yerevan bunu sövdələşmə predmetinə çevirib

10:30 - 16 / 11 / 2018
Politoloq: Ermənistan ərazisinin türklərə məxsusluğunu etiraf edən rəsmi Yerevan bunu sövdələşmə predmetinə çevirib

Ermənistanın baş nazirinin birinci müavini Ararat Mirzoyan noyabrın əvvəllərində MDB hökumət başçılarının görüşündə iştirak məqsədilə Qazaxıstanda olarkən Baş nazir Baxıtjan Saqintayevlə də görüşdü.

Görüş zamanı Ararat Mirzoyan Qazaxıstandan Dağlıq Qarabağ problemini Qazaxıstanın üzv olduğu İslam Əməkdaşlığı Təşkilatında və Türkdilli Dövlətlərin Şurasında müzakirəsinə imkan verməməkdə yardım xahiş etdi. Dağlıq Qarabağ tənzimlənməsində Qazaxıstanın mövqeyi aydındır. Bunun müzakirəyə ehtiyacı yoxdur. Amma Ermənistanın Qazaxıstan qarşısında belə cəsarəti diqqət çəkir. A.Mirzoyan Yerevana qayıtdıqdan sonra maraqlı tədbir baş tutdu; Qədim Əlyazmalar İnstitutu Matenadaranda “Erməni-qıpçaq yazılı abidələrin tədqiqində qazax və erməni alimlərinin işləri” mövzusunda elmi konfrans keçirildi. Tədbirin təşkilatçısı Qazaxıstanın Ermənistandakı səfirliyi idi. Qazaxıstanı L.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerpan Sıtıkovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Matenadaranda qıpçaq dilində 10 əlyazması saxlanılır. Yerevanın ətrafı da daxil olmaqla vaxtilə bu ərazilərdə qıpçaqlar yaşayıblar. Yerevana bitişik Ariç kəndinin SSRİ dövründəki adı Qıpçaq idi. Ariç kəndinin əsas küçəsi Nazarbayevin adını daşıyırdı. AİB də Nazarbayev Dağlıq Qarabağı tərkib hissəsi hesab etməyəcəyinə Yerevandan rəsmi təminat aldıqdan sonra ermənilər bu küçənin adını dəyişdilər. Qıpçaqların türkdilli olmasından da danışmağa ehtiyac yoxdur.

Paşinyan hakimiyyətinin sxeminə görə Yerevan Qazaxıstanın qarşısında Ermənistanın ərazisinin türklərə məxsusluğunu etiraf edir. Əvəzində isə Qazaxıstanın Dağlıq Qarabağ məsələsində əngəlləyici rolunu almaq istəyir.

Çox maraqlı paralel yada düşür: Ermənilər Yerevan ətrafındakı Arqavand kəndində (əsil adı Cəfərabad) azərbaycanlı Qaraqoyunlular əmirinə məxsus mavzoleyin türkmənlərə  məxsusluğunu iddia etdi və bunu hətta Türkmənistana təqdim etdi. Türkmənistan prezidenti 2012-ci ildə Ermənistana səfəri zamanı bu mavzoleyə baş çəkdi və bərpasına da pul ayırdı. Eləcə də Ermənistana Rusiyadan gələn qaz kəməri vasitəsilə müəyyən miqdarda güzəştli qaz da nəql etdi.  Türkmənistan işi başa düşdükdən sonra demək olar ki, bu variantdan əl çəkdi. Ən azı 2017-ci ildə Türkmənistan prezidenti yenidən Ermənistanda oldu, o mavzoleyə baş çəkməsi ilə bağlı və yaxud mavzoleyə xüsusi qayğısı ilə bağlı hər hansı məlumat yayılmadı. Türkmənlər də türk kökənlidir. Qaraqoyunlu və Ağqoyunlu hökmdarlıqlarının və həmin ərazilərin azərbaycanlılara məxsusluğu bütün dünya tarixçilərinə bəllidir.

Ermənilər türkmən mavzoleyini sövdələşmə predmetinə çevirdilər. Bir müddət sövdə baş tutsa da uduzdular. Qazaxıstanla da sövdələşmə yaxın vaxtlarda daha böyük iflasa uğrayacaq.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
372

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər