Politoloq: Türkiyə ilə əlaqələrin qurulması mövzusu rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsində təhtəlşüur göstəricisidir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Türkiyə ilə əlaqələrin qurulması mövzusu rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsində təhtəlşüur göstəricisidir

11:03 - 17 / 12 / 2018
Politoloq: Türkiyə ilə əlaqələrin qurulması mövzusu rəsmi Yerevanın Dağlıq Qarabağ məsələsində təhtəlşüur göstəricisidir

Nikol Paşinyan hökuməti Serj Sərkisyan komandası kimi Yerevanın Türkiyə ilə əlaqələrin qurulması, sərhədlərin açılması üçün hazır olduğunu bəyan edir və bu zaman ilkin şərtin olmamasını tələb edir.

Ermənilərin Türkiyəyə münasibətinin xəstə və məntiqsiz olması indi əksər dünya tərəfindən qəbul edilir. Amma bu ayrıca bir mövzudur.Ermənistanda ilkin şərt sürmək dəbdir. Hətta onun Türkiyəyə qarşı belə mövqeyi ilkin şərt deməkdir.

Dağlıq Qarabağ məsələsinə baxanda S.Sərkisyan hökumətinin 4-5 il atəşkəs rejiminə riayət olunması, qoşunların təmas xəttində monitorinq mexanizmlərinin yaradılmasını ilkin şərt kimi irəli sürmüşdülər.

Paşinyan hakimiyyəti Dağlıq Qarabağ tənzimlənməsində bir neçə ilkin şərt irəli sürür: Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılması, atəşkəs rejiminə riayət, konstruktiv dialoq və s. Erməni rəsmiləri və  siyasətçiləri Türkiyə ilə münasibətləri normallaşmasına maneçilik edən ilkin şərt dedikdə Dağlıq Qarabağ məsələsinin həllini nəzərdə tuturlar.

ATƏT-in Minsk Qrupu həmsədrləri ilə beynəlxalq ictimaiyyətin digər təmsilçiləri ilə Paşinyan və Ermənistanın Xarici İşlər naziri Z.Mnasakanyan görüşərkən Dağlıq Qarabağ məsələsini ATƏT-in himayəsi altında yalnız dinc yolla tənzimlənməyə hazır olduqlarını canfəşanlıqla bildirirlər. Bəllidir ki, Ermənistan Xarici İşlər naziri qarşısındakı tərəfdaşının Dağlıq Qarabağ tənzimlənməsini detallı şəkildə bilməməsindən su-istifadə edir. Amma hər yerdə Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduğunu bəyan edən Ermənistan rəhbərliyinin qarşısına Türkiyə ilə münasibətlər çıxan kimi deyirlər ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin həllini ilkin şərt kimi irəli sürür. Ona görə də Türkiyə ilə münasibətlər normallaşmayacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
350

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər