Qubadakı tarixi Gümbəzli hamam bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadakı tarixi Gümbəzli hamam bərpa edilib

15:43 - 26 / 03 / 2018
Qubadakı tarixi Gümbəzli hamam bərpa edilib

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi Gümbəzli hamamın açılış mərasimi keçirilib.

1news.az  xəbər verir ki, hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilib.

XIX əsrin əvvəlində tikilən və yeni bərpa olunan hamamın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.

Hamam ən erkən zamanlarda Azərbaycanda bişmiş qırmızı kərpicdən istifadə olunmasının sübutudur.

Hamam ictimaiyyət üçün açıq olacaq, eləcə də turizm, yerli sənətkarlığın inkişafı məqsədilə istifadə ediləcək.

1news.az 

 

Paylaş:
1112

Son xəbərlər

Hacıqabulda ev yanıb - VİDEO

15 / 03 / 2025, 17:13

Azərbaycan nefti bahalaşıb

15 / 03 / 2025, 13:21
Bütün xəbərlər