Aİ səfiri: Xaricə ixracı artırmaq üçün Naxçıvanın böyük potensialı var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aİ səfiri: Xaricə ixracı artırmaq üçün Naxçıvanın böyük potensialı var

12:35 - 23 / 09 / 2018
Aİ səfiri: Xaricə ixracı artırmaq üçün Naxçıvanın böyük potensialı var
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və iri sərmayəçisidir. Həmçinin, ixrac üçün böyük bazardır.
 
1news.az xəbər verir ki, bunu "Avropa günləri" çərçivəsində Naxçıvanda keçirilən biznes forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.
 
O bildirib ki, Naxçıvan MR haqqında aldığı məlumatlardan belə aydın olur ki, iqtisadiyyatın inkişafında gələcək prioritet istiqamət ixracın genişləndirilməsi ola bilər: "Naxçıvanın öz məhsullarını daha çox ölkələrə çıxarması, yəni ixrac coğrafiyasını genişləndirməsi üçün böyük potensialı var. Hazırda MR-nın məhsulları əsasən qonşu ölkələrə çıxarılır. Onların arasında bəzi Avropa ölkələri də var. Amma ölkələrin sayı və ixrac daha artırıla bilər. Mən çox şadam ki, Latviyanın sertifikasiya laboratoriyası burda fəaliyyət göstərir.  Avropa ölkələri ixracın  artırılması üçün təcrübəyə və biliklərə malikdirlər ki, bu istiqamətdə də kömək edə bilərlər".
Səfir əlavə edib ki, ixracın  artırılması üçün Ümumdünya Ticarət Təşkilatının təcrübəsi və standartları vacibdir.
 
P.Sultanova
Paylaş:
634

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər